Sarı qarpızın faydaları

  • Flora
Sarı qarpız adi qarpızın bir növüdür. Sarı qarpız əsasən İspaniyada və Tailandda bitir. Lakin son zamanlar bu qeyri-adi giləmeyvə bir çox digər ölkələrdə də (Çin, Misir, Yunanıstan, Rusiya və s.) yetişdirilir.

Sarı qarpız təbii məhsuldur, onun çox xoş şirin dadı var. Yaxşı keyfiyyətli sarı qarpız insan sağlamlığı üçün çox faydalıdır.

Sarı qarpız azkalorili məhsuldur, orqanizmi təmizləyir, sidikqovucu təsirə malikdir. Sarı qarpız A vitamini ilə zəngindir. A vitamini «cavanlıq vitamini» sayılır. Bu vitamin qocalma proseslərini ləngidir, xroniki xəstəliklərin inkişafının qarşısını alır, görmə üçün çox vacibdir.
Davamı →