Aşıq və saz

Azərbaycan folklorunun ən böyük qollarından biri aşıq şeirləri və dastanlarıdır. Aşıqlar sazın müşayiəti ilə məclis aparır, oxuyur və dastan danışırlar. Saz qədim musiqi alətidir. Bu alət əsasən üç hissədən ibarətdir: çanaq, qol, kəllə. Sazın çanağı tut ağacından, qolu isə qoz ağacından hazırlanır.

Saz, gilas ya gilənar ağacının qabığından hazırlanmış təzənə (mizrab) ilə səsləndirilir. Bir çox hallarda sazın qolu və çanağın yan tərəfləri təbii sədəflə bəzədilir. 
Davamı →

Saz | Musiq alətləri

sazSaz təzənə (mizrab) ilə çalınan simli çalğı alətidir. O, ulu ozan sənətinin davamçısı olan aşıq və saz-söz sənətinin ayrılmaz tərkib hissəsidir.

Saz eyni zamanda türk dünyasının, türk mənəviyyatının rəmzlərindən biridir. Sinkretik, yəni özündə çalğı, oxuma, şer demə, söz və dastan ifaçılığı, aktyorluq və rəqs (plastika) sənətlərini birləşdirən saz-söz sənəti, muğam sənəti ilə yanaşı, Azərbaycan milli mədəniyyətinin ən dərin qatları ilə bağlıdır.

Qədim türkdilli xalqlarda şaman, qam, oyun, baxşı, yanşaq, varsaq və nəhayət, ozan kimi tanınan sənətkarlar bugünkü aşığın əcdadları sayılırlar. Ozan sənəti yüzilliklər və minilliklər boyu böyük təkamül yolu keçərək aşıq sənətinə çevrildiyi kimi, qopuz da ona oxşar təkamül yolu keçərək saz aləti şəklini almışdır.

Saz artıq Şah İsmayıl Xətainin dövründə (XVI əsr) indiki şəklini almışdı. Şah İsmayıl Xətainin könül oxşayan qoşmalarının birində saz belə tərənnüm edilir:
Davamı →