10 dildə sevgiliyə müraciət

  • Sevgi

Dünyanın bir çox ölkəsində ortaq sevgi sözləri ilə yanaşı bir dilə, ya da ölkəyə xas olanları da var. Məsələn, fransızlar sevgililərini “birəm” deyib oxşadıqları halda taylar sevgiliyə “balaca filim” deyir. Sizcə hansı xalqın nümayəndələri sevgililərinə “balqabaq” deyir?

Fərqli dillərdə sevgiliyə 10 fərqli xitab:

“Balaca kələmim” — Fransızlar
“Çou”, yəni kələm balaca və sevimli olduğuna görə fransızlar  sevgililərinə tez-tez bu cür müraciət edirlər. Fransızlar kələmi həm də uşaq başına oxşatdıqları üçün sevimli sayırlar. Valideynlər uşaqlarına oğlandırsa kələm deyirlər.

“Balqabağım” — Portuqallar
Portuqallar isə “çuçu” sözünə, yəni “balqabaq” müraciətinə  üstünlük verirlər. Sözün sonuna “zinho”, yəni “balaca” sözünü də əlavə edib sevgililərini çağırırlar.

“Gözləri olan yumurta” — Yaponlar
Yaponlarda qadına “gözləri olan yumurta” demək əvəzsiz kompliment sayılır.


Ardı →