Sidik kisə daşı müalicəsi

Kisə daşı, sidik daşı xəstəliyinin bir formasıdır. Onlar sidik kisədə əmələ gələ bilir, həmçinin böyrəkdən və sidik axarından da düşə bilir. Əsasən kişilərdə rast gəlinir, lakin az hallarda qadınlarda da rast gəlinir. ( Sidik kisə daşı )
Sidik kisə daşının əlamətləri
10 ildən artıqdır ki, mən həkim uroloq olaraq sidik daşı xəstəliyinin müalicəi ilə məşğul oluram. Bütün bu müddət ərzində çox müxtəlif əlamətlərlə müşahidə olunan sidik kisə daşı gördüm. Bəzən bir neçə mm ölçüsü olan çox kiçik bir daş şiddətli ağrı və sancı  verir. Əksinə isə böyük ölçüdə olan daş heç bir şikayət, ağrı vermədən təsadüfi müayinə zamanı USM ( uzi ) – də aşkarlanır. Bütün digər hallarda isə sidik kisə daşları aşağıdakı əlamətlərlə müşahidə edilir. ( Sidik kisə daşı )
Davamı →