Sonsuzluq haqqında

Əsrlər boyu insanlar nəsil artırmaq məqsədi ilə ailə qurublar. Ailədə varisin olmaması isə həmişə böyük bədbəxtlik kimi qəbul edilib. Qəribədir ki, min illər boyu sonsuzluqda yalnız qadın günahlandırılıb və zərif cinsin nümayəndələri həmişə sonsuzluğun əsas səbəbkarı kimi cəzalandırılıb. Əfsuslar olsun ki, indi də çoxları sonsuzluğa görə günahı yalnız qadında görürlər. Son dövrün statistikasına görə, sonsuzluqda ər və arvadın hər birinin payı təqribən 40-45% təşkil edir. Qalan 10-15%-i isə onların hər ikisinin vəziyyəti və xəstəliyi nəticəsində olur.
Davamı →

Sonsuzluq haqqında

1 il ərzində partnyorların qorunmasız cinsi əlaqədə olmasına baxmayaraq hamiləliyin olmaması halına sonsuzluq (infertility) deyilir.Sonsuzluğa yol aça biləcək bir çox psixoloji ve fiziki səbəblər var.Sonsuzluq problemi olan partnyorların təxminən 85-90% ında hər hansısa bir səbəb ortaya qoyula bilir.Uyğun müalicə ilə daha əvvəl heç hamilə qalmayanlarda 50-60% ında hamiləlik meydana gəlməkdədir.Heç müalicə olunmayanların isə 15-20% ı hamilə qala bilməkdədir.


Ardı →

Sonsuzluq və onun müalicəsi

Son zamanlar evli cütlüklərin qarşılaşdığı problemlərdən biri də sonsuzluqdur. Mütəmadi intim əlaqə zamanı bir il müddətinə hamiləlik olmasa, sonsuzluq haqda düşünmək və ər-arvadın müayinəsinə başlamaq lazımdır. Sağlam ər-arvad cütlüyünün 30%-də hamiləlik ilk üç ayda, 60%-də yeddi ayda, 10%-də isə on bir və on ikinci aylarda baş verir. Bir il cütlüyün sonsuz olub-olmamasını müəyyənləşdirmək üçün kifayət zamandır.
Sonsuzluğun formaları onu yaradan səbəblər kimi müxtəlifdir.
Davamı →

Sonsuzluq

Ana olmaq hər bir qadının arzusudur. Təəssüf ki, nikahların ümumi sayında sonsuz nikahların nisbi miqdarının artması ilbəil müşahidə olunur. Bu problemin bir neçə tərkib hissəsi var. Bu gün artıq mübahisəsiz qəbul edilmişdir ki, sonsuzluğun kişilərlə və qadınlarla əlaqədar səbəblərinin nisbəti təxminən eynidir və buna görə də ər və arvadın hər ikisi müayinə olunmalıdır.
Sonsuzluğa gətirib çıxara biləcək amilləri aradan qaldırmağa imkan verən profilaktik tədbirlər çox böyük əhəmiyyət kəsb edir. Sirr deyil ki, hamiləlik prosesinin süni pozulması bu günə qədər doğumun tənzimlənməsinin əsas vasitəsi olaraq qalır. Bu məsələyə məsuliyyətlə yanaşmaq lazımdır.
Davamı →

Sonsuzluq haqqında miflər

Statistikaya inansaq dünya əhalisinin 20%-ə yaxını bu və ya digər səbəblərə görə sonsuzluqdan əziyyət çəkirlər. Ancaq təəssüf ki, hələ də hamı bu məsələdə rasional düşünmür, müxtəlif fərziyyələrə və hətta xurafata da uyurlar və nəticədə bəzi ciddi problemlər öz həllini tapmaqda çətinlik çəkir. Bu isə əssasız boşanmalara və qalmaqallara rəvac verir. Bəs sonsuzluqda mifləri və həqiqəti ayıran sərhəddi necə tapmaq olar?


Ardı →

Sonsuzluq problemi

Ailə cəmiyyətin ən kiçik nümunəsidir. Buna görə də ailəni kiçik cəmiyyət adlandırırlar. İnsan Allah və onun yaratdıqları qarşısındakı vəzifələrini — böyüklərə hörmət, kiçiklərə şəfqət, mərhəmət və insanlıq borcunu ilk növbədə ailədə öyrənir. Ailə sevgi və tərbiyənin ilk mənbəyidir. Ər və arvad ailənin iki köküdür. Ailənin qurulması, yəni kiçik cəmiyyətin yaranması evlənmək ilə baş verir. Buna görə də Peyğəmbərimiz (s): «Evlənin, çoxalın, çünki mən qiyamət günü başqa ümmətlərə sizin çox olmanızla iftixar edərəm», — buyurur. Amma çoxalmanın da özünəməxsus problemləri var. Son zamanlar ailə quran gənclərin qarşılaşdığı ilk problemlərdən biri də elə sonsuzluqdur.
Davamı →