Tamm İqor

Görkəmli Sovet nəzəriyyəçi fizi­ki, akademik İ.Y.Tamm 1895-ci ildə Vladivostokda mühəndis ailəsində anadan olub. Onun uşaqlıq və gimnaziya illəri Ukraynanın Yelizaveta şəhərində keçib.
1913-cü ildə Tamm Şotlandiyanın Edinburq universitetinə daxil olur. Lakin 1914-cü ildən 1918-ci ilə kimi Moskva universitetinin fizika-riyaziyyat fakültəsində oxuyub. Universiteti bitirdikdən sonra Tamm uzun müddət Krım uni­versitetində, Odessa Politexnik institutunda və Moskvanın ali məktəblərində müəllim vəzifəsindən professorluğa qədər yüksəlmiş, nəzəri fizika kafedrasının müdiri işləmişdir.
Tamm öz tədqiqat işlərinə L.İ.Mandelştamm rəhbərliyi ilə başlamış və onun elektrodinamikaya həsr edilmiş birinci işi 1924-cü ildə nəşr olunub.
1934-cü ildən Tamm P.N.Lebedev adına fizika institutunun nəzəri fizika kafedrasına rəhbərlik edib.
Onun elmi işləri nəzəri fizikanın müxtəlif sahələrinə aiddir. Bu sahələr kvant mexanikası, bərk cisimlər fizikası, fiziki optika, nüvə fizikası, tətbiqi fizika, klassik elektrodinamika, şüalanma nəzəriyyəsi, elementar zərrəciklərin qarşılıqlı çevrilməsi sahələridir.


Ardı →