Sponsorluq və xeyriyyəçilik

Sponsorluq PR fəaliyyətinin geniş yayılmış növlərindən biridir. Bəzən onu xeyriyyəçiliklə səhv salırlar. Bunlar arasında fərq doğrudan da çətin seziləndir. Sponsorluq təşkilatın reklam və marketinq strategiyası ilə birbaşa əlaqədar olan fəaliyyət növüdür. Təsadüfi deyil ki, reklam nəzəriyyəçiləri və marketoloqlar sponsorluq üçün çəkilən xərclərin səmərəliliyini yoxlamaq üçün xüsusi metodlar da təklif edirlər. Xeyriyyəçilik isə daha filantropik məqsədlər güdür və o, sırf PR fəaliyyətidir. Bu fərqi daha aydın təsəvvür etmək üçün aşağıdakı misallara diqqət yetirək:


  • Sponsorluq — təşkilat hər hansı kitabın nəşrini bütövlükdə və ya qismən maliyyələşdirir və bunun müqabilində kitabın titul səhifəsində öz loqotipinin çap olunmasını tələb edir.

  • Xeyriyyəçilik — təşkilat nəşr olunmuş kitabın tirajının bir hissəsini alır və onu pulsuz olaraq yetim uşaqlara paylayır.

Ardı →