Balıqlar haqqında uşaqlar üçün

ADİ TİKANBALIQ

Bu balığın pulları olmur. Avropa çaylarında, dənizlərə yaxın yerlərdə yaşayır. Adi tikanbalıq acgöz olur. Çayın dibində yosundan qolbaq şəklində yuva düzəldir; dişi balıq həmin yuvada kürü tökür, yuvasının yanında dayanıb ona göz qoyur. Tez-tez üzgəclərinin hərəkəti ilə yuvasının suyunu dəyişdirir.


Davamı →

Balina balıqdır, yoxsa məməli?

İnsanlar balinanın nəhəng balıq olması barədə hələ qədim zamanlarda düşünmüşlər. Onların mühakimələri balina və balıqların zahiri oxşarlığına, eləcə də yalnız suda yaşamalarına əsaslanırdı. Eyni zamanda hələ Aristotel balina və delfinlərin məməli canlı olduqları fikrini irəli sürmüşdü. Lakin onun mülahizələrinin tutarlı sübutu olmadığından şübhə ilə qarşılanmışdı.

Sonralar insanlarda balinaların həyat tərzini tədqiq etmək üçün yeni-yeni imkanlar açılıb. Balinaların niyə məməli olması haqqında danışmazdan öncə, gəlin, məməlilərin, prinsipcə, nə olduğunu müəyyən edək. Adından da məlum olduğu kimi, məməlilər süd ilə qidalanan, daha dəqiqi süd ilə bəslənənlərdir. Beləliklə, balinaları müşahidə edərkən dişilərin balanı doğduqları və onları süd ilə bəslədikləri aydınlaşıb. Balıqlar isə kürü tökür və bunun da nəticəsində nəsilləri artır. Əlbəttə ki, balıqların balalarını süd ilə bəsləməsindən söhbət gedə bilməz. 
Davamı →

Balığın ürəyi varmı?

Bizə əsla bənzəməyən məxluqlarda insanınkına çox oxşayan və təqribən eyni cür işləyən orqanların olmasını bəzən təsəvvürə gətirmək çox çətindir. Çoxları düşünür ki, balıq suda yaşayırsa və qanı soyuqdursa, deməli, onun daxili orqanları və ya hər hansı hissi yoxdur.

Əslində isə balığın daxili quruluşu istiqanlı ali heyvanların daxili quruluşuna çox oxşayır. Bir çox alimlərin fikrincə, bu oxşarlıq quruda həyatın dənizdən başlandığını isbat edir. Balıqlar nəfəs alır və qidanı həzm edir. Onların sinir sistemi var. Buna görə də ağrı hiss edir, fiziki narahatlıq keçirir. Onlar çox həssasdır. Dad bilir. Ən həssas yeri dərisidir. Baş hissəsində yerləşən burun deşiklərində iki kiçik iybilmə orqanı var. Balığın xarici eşitmə orqanı yoxdur. Gözləri onurğalıların başqa növlərində olduğu kimi olsa da, daha sadə quruluşa malikdir.
Davamı →

Molyuskların su püskürtmə sistemi və generatorlar

Kalmar, mürəkkəb böcəyi və osminoq kimi başıayaqlı molyusklar su püskürtmə sistemi ilə üzürlər.
Mühəndislər molyuskların bu xüsusiyyətindən ilham alaraq sürət texnologiyasını təkmilləşdirməyə çalışırlar. Başıayaqlı molyuskların sürətlərini artırmaları üçün xüsusi sistem var. Mühəndislərin heyranlıqla və diqqətlə tədqiq etdikləri bu sistem qüsursuz işləyir.

Bu canlıların reaktiv üzmə sistemi uca Allahın onlar üçün yaratdığı xüsusi bədən quruluşlarından qaynaqlanır. Bəs, bu canlıların bədən quruluşu necədir?

Başıayaqlı molyusklarda daxili orqanların yerləşdiyi bədən boşluğunu əhatə edən manto adlı qalın dəri qatı var. Dəri qatının altında yerləşən əzələlər vasitəsilə bu canlılar bədənlərinə su toplayır və sonra bu suyu geri püskürərək üzürlər. Manto divarının içinə dolan su qıf formasındakı boru vasitəsilə püskürdülərək xaric edilir. Sistemin işləməsi eynilə kosmik gəmilərin istehsalındakı geri itələmə prinsipinə, başqa sözlə, raket sisteminə bənzəyir.
Davamı →