Türk dünyasının görkəmli səyyah və coğrafiyaşünasları

Dünya elm və mədəniyyətində türk xalqlarının rolu olduqca böyükdür. Avrasiyada təqribən 10 mln kv.km ərazidə məskunlaşmış türk xalqları riyaziyyat, həndəsə, kimya, geologiya, astronomiya, coğrafiya və bir sıra başqa elm sahələri üzrə dünya elm xəzinəsinə əvəzsiz tövhələr bəxş etmişlər. Türklər tarixini öz əməlləri ilə yaradan xalqlardan biri olmuşlar. Dediklərimizin Sakit və Atlantik okean suları arasında qalan böyük bir ərazidə türk mənşəli adlar bir daha təsdiq edir. E.ə. V əsrdə Asiyada Hun, III-V əsrlərdə Avropada Hun, IV-X əsrlərdə uyğur, XI-XV əsrlərdə Qaraqoyunlu, Ağqoyunlu dövlətlərini yaradan türk xalqları çox təəssüf ki, bu gün bir hissəsini itirməkdədir.


Ardı →

Türk xalqlarının coğrafi kəşfləri və nailiyyətləri

Qədim zamanlardan başlayaraq dünyanın ən böyük materiki olan Avrasiya məkanında formalaşan, onu öyrənən, kəskin təzadlı təbii mühitinə uyğunlaşan, təsərrüfat sahələrini mənimsəyən və ucsuz-bucaqsız bu yerlərə al-əlvan coğrafi adlar verən məhz türk xalqları olmuşdur. Onların formalaşdığı ərazilər qərbdə Aralıq dənizindən başlayaraq şərqdə Sakit okeana, şimalda Buzlu okeandan  cənubda Kərkük-Həmədan istiqamətində keçən 35 şim.e. qədər uzanırdı. Türk xalqlarının  yayıldığı geniş Avrasiya ərazilərində oxşar toponimlərə tez-tez rast gəlinir. Bunun başlıca olaraq iki səbəbi vardır: birinci, müxtəlif ərazilərdə bir dil ailəsinə mənsub dillərlə danışan xalqların məskunlaşması; ikinci, yerin mənfi və müsbət relyef formalarının çalarlarını bildirən sözlərin eyni olmasıdır. B.Ə.Budaqov yazır: «Türk dilli xalqların yayıldığı 10 mln.km2 – ərazilərdə yaşayan xalqlar arasında baş vermiş miqrasiya zamanı onlar ilk növbədə müqəddəs olan coğrafi, eləcə də şəxs adlarını özlərilə apararaq toponimik estafeti nəsildən-nəsilə, ərazidən əraziyə köçürmüş və beləliklə, onları yaşatmışlar».


Davamı →