Quranda riyazi şifrələr

Quran göndərildiyi gündən etibarən hər dövrdə yaşayan insanların anlaya biləcəyi asan və aydın dilə malikdir. Ədəbi dilinin mükəmməlliyi, bənzərsiz üslub xüsusiyyətləri və ehtiva etdiyi üstün hikmət Quranın Allahın sözü olduğunu sübut edən ən əhəmiyyətli səbəblərindəndir. Bununla yanaşı, Quranın Allahın sözü olduğunu isbat edən bir çox əlavə möcüzəvi xüsusiyyəti var. Bunlardan biri də Quranda diqqəti cəlb edən söz təkrarlarıdır. Allah bundan 14 əsr əvvəl insanlara yol göstərici kitab olan Qurani-kərimi göndərmiş və bütün insanlığı Qurana tabe olaraq qurtuluşa çatmağa dəvət etmişdir. Ayədə də bildirildiyi kimi, Quran “…aləmlərə ancaq bir öyüd-nəsihətdir!” (Qələm surəsi, 52) Quran göndərildiyi gündən etibarən qiyamət gününə qədər insanlığın tək yol göstəricisi olan son İlahi kitabdır. Ancaq XX və XXI əsr texnologiyası ilə əldə etdiyimiz bəzi elmi həqiqətlərin 1400 il əvvəl Quranda bildirilməsi Quranın Allahın sözü olduğunu isbat edən çoxlu möcüzələrdən biridir. Bu xüsusiyyətlərdən biri də ”riyazi möcüzə”lərdir. Bu möcüzəyə bir nümunə isə Qurandakı bəzi söz təkrarlarının verdiyi ortaq sayları göstərmək olar. Bir-birilə əlaqədar bəzi sözlər möcüzəvi şəkildə eyni sayda təkrarlanır. Aşağıda bu cür sözlər və Qurandakı təkrarlanma sayları verilmişdir.

“Yeddi göy” ifadəsi 7 dəfə təkrarlanır. “Göylərin yaradılışı (xəlqi-səmavat)” ifadəsi də 7 dəfə təkrarlanır.

 “Gün (yəvm)” ifadəsi tək olaraq 365 dəfə, çoxluq,  yəni “günlər (əyyam və yəvmeyn)” sözləri 30 dəfə təkrarlanır. “Ay” sözünün təkrarı isə 12-dir.

 “Bitki” və “ağac” sözlərinin təkrar sayı eynidir: 26

 “Cəza” sözü 117 dəfə çəkildiyi halda, Quran əxlaqının təməl xüsusiyyətlərindən olan “bağışlamaq” ifadəsi bu sayın 2 misli qədər, yəni 234 dəfə təkrarlanır.


Ardı →