Təlim metodlarının səciyyəsi və əlaqəli tətbiqi

Təsnifatdakı hər bir metodlar qrupu əsas didaktik məqsədlərin yerinə yetirilməsinə xidmət edir.


Təsəvvürlərin formalaşdırılması (qavrama) metodları. Hissi qavramanı təmin etmək, ətraf aləm haqqında dolğun təsəvvürlər yaratmaq məqsədi güdür. Bu qrup metodlara müşahidə, illüstrasiya, demonstrasiya və təsvir metodları daxildir.


Müşahidə metodu müəyyən məqsədlə, planlı və sistemli şəkildə qavrama prosesinin təşkili metodudur. O, cisim və hadisələr haqqında ilkin təsəvvürlər aşılamağa, müşahidəçilik bacarığının və müstəqilliyin inkişafına kömək göstərir.


Ardı →

Təlim metodları anlayışı, onların təsnifatı

Təlimin səmərə və keyfiyyəti metodların düzgün seçilib tətbiq edilməsi ilə sıx bağlıdır. Qeyri-səmərəli metodlarla yüksək təlim-tərbiyə nəticələrinə nail olmaq mümkün deyildir.
«Metod» yunan sözü olub, nəyəsə nail olmaq yolu deməkdir (pedaqoji ədəbiyyatda metodla yanaşı, ərəb sözü olan "üsul" termini də işlədilir). Təlim metodları qarşıda duran didaktik məqsədə nail olmaq üçün istifadə olunan yollara deyilir.


Ardı →