Ağciyər necə işləyir?

Siz adətən bunu dərk etmirsiniz, ancaq bədəninizin tənəffüs sistemi sayəsində hər gün dəqiqədə on iki-iyirmi dəfə nəfəs alırsınız. Ağciyərləriniz genişlənir və büzülür, bədəninizi həyati vacib oksigenlə təmin edir və ondan karbon dioksid adlanan tullantı materialı çıxarır. 


Davamı →

Yuxarı tənəffüs yolları və ağciyər xəstələri necə qidalanmalıdır

Yuxarı tənəffüs yolları, xüsusilə ağciyər xəstələrinin COVID-19 virusunun yüksək risk qrupuna daxil olduqları qeyd olunub.
Belə şəxslərin immun sisteminin güclü olması və xəstəliklərin profilaktikasında düzgün və balanslı qidalanması olduqca vacibdir.
Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları bu gün dünyada ən çox rast gəlinən xəstəliklərdən biridir. Bu infeksiyalar əksər hallarda virus mənşəli olur. Məsələn, zökəm, sinusit, faringit, tonzillit, laringit, traxeit, qrip və s. Kəskin respirator infeksiyaların əlamətləri əsasən yorğunluq, əzələ və baş ağrıları, zökəm, öskürək, boğaz ağrısı, asqırma və s. hesab olunur.
Davamı →

Tənəffüs orqanları

Hər bir canlı kimi insan da daim nəfəs alır. Orqanizmdə tənəffüsə xidmət edən orqanlar sistemi aşağıdakılardan ibarətdir: burun boşluğu, qırtlaq, traxeya (nəfəs borusu), bronxlar, ağciyərlər. Tənəffüs yolları yuxarı və aşağı olmaqla iki yerə bölünür. Yuxarı tənəffüs yolları burun boşluğundan, udlağın burun hissəsindən təşkil olunmuşdur. Aşağı tənəffüs yollarına qırtlaq, nəfəs borusu və bronxlar aiddir.
Tənəffüs orqanları üçün səciyyəvi xüsusiyyətlərdən biri də budur ki, onların bəzilərinin divarlarındakı hialin qığırdaq toxuması həmin orqanların boşluğunun sıxılmasını məhdudlaşdırır. Tənəffüs yollarının selikli qişası çoxsıralı kirpikli silindrik epitellə örtülmüşdür. Bu toxuma nəfəsalma zamanı havanı toz hissəciklərindən təmizləyir.


Ardı →