Siqareti tərgitməyin ən asan yolu

Pis alışqanlıq
Bir lətifədə deyilir ki, siqareti atmaq o qədər asandır ki, mən hər gün bir neçə dəfə atıram. Əlbəttə ki, bu bir zarafatdır. Söhbət həmişəlik tərgitməkdən gedirsə, məsələ qəlizləşir. Dünyada elə bir adam tapmaq olmaz ki, bu pis vərdişdən azad olmaq istəməsin. Lakin çox vaxt insanlar onun əsirinə çevrilir və siqaretlə mübarizədə məğlub olurlar. Bəs görəsən, buna səbəb nədir? Çoxsaylı araşdırmalar göstərir ki, insanlar siqaretə modaya uyğunlaşmaq və ya böyüklərə oxşamaq məqsədilə başlayırlar. İlk əvvəl heç kim tüstünü ciyərlərinə almır. Bu o deməkdir ki, təmiz bədən zəhəri qəbul etmək istəmir. Həmin ərəfədə insan elə zənn edir ki, mən siqaret çəkən deyiləm, istənilən vaxt çəkməyə bilərəm. Lakin bir gün gəlir, bədən tam surətdə siqaretə uyğunlaşır.  Məhz o andan etibarən mübarizə çətinləşir. Qəribədir ki, yenə də heç kim siqaretdən asılı vəziyyətdə olduğunu qəbul etmək istəmir. Ancaq tərgitməyə cəhd göstərərkən görür ki, bu elə də asan iş deyilmiş. Nəticədə insan xəyal qırıqlığına uğrayır. Siqaretin bədəndə güclü mövqeyə malik olması ona görədir ki, orqanizm nikotinə öyrəşir. Bu, bir növ narkomaniya kimidir. Əlbəttə ki, siqaretdən fərqli olaraq narkotiki istəklə tərgitmək olmur. Onun üçün uzunmüddətli müalicə lazımdır. Siqareti isə iradənin hesabına tərgitmək mümkündür. Bunun bir neçə yolu mövcuddur.
Ardı →