Tərxun dəmləməsi

  • Flora
Tərxun qədim zamanlardan müalicəvi bitki kimi tanınır və istifadə olunur. Tərxun fotonsidlərlə zəngindir. Fitonsidlər iltihablarla mübarizə aparır. Həmçinin tərxunun qurdəleyhinə təsiri var, sinir sistemi üçün çox faydalıdır, immun sistemini möhkəmləndirir. Sizə tərxundan hazırlanmış çox faydalı və dadlı dəmləmənin reseptini təqdim edirik.

Davamı →

Tərxunun 6 mühüm faydası

  • Flora
Dadlı və ətirli tərxun həmçinin güclü müalicəvi və profilaktik xüsusiyyətlərə malikdir.

1. Tərxun orqanizmdə virus və mikrobları öldürür, iltihabları azaldır, immuniteti möhkəmləndirir.

2. Sinir sisteminə çox müsbət təsir edir — sakitləşdirir, yuxunu tənzimləyir.

3. Həzm proseslərini yaxşılaşdırır, köpü və meteorizmi azaldır.

Davamı →

Tərxunun faydaları

  • Flora
Məhz bu mövsümdə bir çox insanlar şam yeməklərində yağlı və qızardılmış xörəklərdən imtina edib tərxun, pendir və çörəyə üstünlük verirlər. Şam yeməyi üçün bu dadlı seçim olmaqla yanaşı həm də olduqca faydalıdır.

Tərxun insan opqanizmi üçün vacib olan bir çox vitamin və maddələrlə zəngindir. Buna görə də ilk növbədə vitamin çatışmazlığı zamanı tərxundan daha çox istifadə etmək lazımdır.

Bu faydalı göyərtinin xeyirindən bəhs edirik.

Tərxunun faydalarından biri həzm prosesini yaxşılaşdırmasıdır. Yağlı və ağır yeməklər yeyən zaman tərxundan istifadə etməklə həzm prosesini asanlaşdırmaq mümkündür. O mədənin fəaliyyətini gücləndirir.

Ağız boşluğunda və damaqda iltihab zamanı tərxun olduqca faydalı bir vasitədir. Həmçinin diş və baş ağrısı zamanı da tərxundan istifadə xeyirlidir.

Bu bitkidən tənəffüs yollarının müalicəsi zaman da istifadə edirlər.

Tərxunla damar divarlarındakı problemləri də aradan qaldırmaq mümkündür. Bu bitki qanı da təmizləyir.

Bu ətirli bitki sidikqovucu xassəyə malikdir. Müntəzəm olaraq tərxundan istifadə etməklə bədəndəki duzları xaric etmək olar.
Ardı →