Təsirlik halın günahı:)

Təsirlik halın günahı nədir? (О «вине» винительного падежа)

Yəqin ki, sizi heç vaxt belə bir sual düşündürməyib: nə üçün təsirlik hal (винительный падеж) məhz başqa cür deyil, yalnız bu adla adlanıb? Amma bu haqda düşünməyə dəyər.

Вина
(təqsir, günah) sözünün mənasını təsirlik halın «amplua»sı (rolu) ilə müqayisə etsək, görərik ki, günahla, təqsirlə bu sözün heç bir əlaqəsi yoxdur. Bəs onda bu halın öz adı ilə qalan beş haldan seçilməsi nə ilə əlaqədardır? Doğrudan da, sözlərin rusca hallanmasında hər hal (падеж) tərkibi ilə kəsb etdiyi mənaya uyğun gəlir. Məsələn: adlıq hal (именительный падеж) sadəcə olaraq nəyisə və ya kiminsə adını çəkir; yiyəlik yal (родительный падеж) hər şeydən əvvəl mənsubiyyət bildirir; yönlük hal (дательный падеж) istiqaməti müəyyənləşdirir. Rus dilindən предложный падеж (Azərbaycan dilihdə ona çox zaman yiyəlik hal müqabil gəlir) həmişə predloqla işləndiyi üçün belə adlanmışdır.

Bəs вина sözü ilə винительный надеж arasında ümumi bir şey varmı? Bunlar arasında səhv əlaqə yoxdurmu? Bu barədə M. Fasmerin tərtib etdiyi «Rus dilinin etimoloji lüğəti»ndə (Moskva, «Prosveşenie» nəşriyyatı, 1964-cü il, 1-çi cild, səh. 316) məlumat verilmişdir. Lüğətdə göstərilir ki, винительный падеж latın dilindən, ona isə yunan dilindən keçmədir, mənası—«hərəkətin nəticəsini bildirən hal» (падеж, обозначающий результат действия) deməkdir. M. Fasmerin fikrincə, bu birləşmənin latın dilindən tərcüməsi rus dilinə yanlış verilmişdir: винительный, т. e падеж обвинения». винительный падеж birləşməsi ilk dəfə olaraq hələ L. Zizaniyanın qrammatikasında özünə yer tapmışdır və виновный падеж kimi də işlənə bilirdi. Bəs bu birləşmə neçə əmələ gəlmişdir? Виновный падеж birləşməsi əvvəlcə виновное падение kimi işlənib, sonralar падение sözü падеж ilə əvəz olunub. Вина sözünə gəldikdə isə, demək lazımdır ki, bu söz qədim slavyan və qədim rus dillərində, müasir mənada başqa səbəb (причина) mənasında da işlədilirdi.

Nəticə etibarilə deyə bilərik: винительный падеж terminin yaranmasında dil səhvi olmamışdır. həmin birləşmənin meydana gəlməsi tərcüməçinin səhvi yox, onun tərcümə zamanı seçdiyi sözün o vaxtkı mənasının indi olmamasıdır.
Davamı →

Adlıq halla təsirlik halı qarışdırmamalı

Rusca düzgün danışmağın vacib şərtlərindən biri sözlərin (hallanan isimlərin, sifətlərin, sayların, əvəzliklərin) tələb olunan şəkildə, yəni halda işlədilməsidir. Bildiyiniz kimi, Azərbaycan dilindən fərqli olaraq rus dilində üç tip hallanma, habelə xüsusi hallanan sözlər vardır.

Sözləri hallara görə dəyişdirərkən ən çox çətinlik adlıq halla təsirlik halın (əsasən, ikinci hallanmada) işlədilməsində müşahidə olunur və bu düzgün nitqə maneçilik törədir. Məsələn, belə deyilməlidir: Мама видит сыna. Bu cümlədəki сына ismi təsirlik halda işlənib (видит кого?— сына). Əgər desək: Мама видит сын—bu düzgün olmaz. Lakin qədim rus dilində belə demək mümkün olurmuş. Baxmayaraq ki, bu sözlər müxtəlif hallardadır (мама-adlıq halda, сын təsirlik halında), formaları eynidir. Müasir rus dilində də elə cümlələr, ifadələr var ki, onlarda da iki söz müxtəlif hallarda olur, lakin formaca biri digərindən fərqlənmir. Məsələn: Мать видит дочь. Весло (авар, күрәк) задело платье.
Bütün bunlar qarmaqarışıqlıq yaradır. Ona görə də kişi cinsli isimlər canlı əşyaları bildirirsə, bu halda təsirlik halın şəkilçisi (sonluğu) yerlik halla eyni olur. Biz belə deməliyik: Я вижу человека (друга, брата, Сабира, Вагифа). Брат встретил гостя. Он видел коня və s.

Belə bir sual meydana çıxır: bəs, axı yiyəlik hal da, təsirlik hal kimi, canlı əşyalar bildirdikdə кого? sualına cavab verir. Indi haradan bilək ki, söz (isim) hansı haldadır? Eyni formada işlənmiş canlı kişi cinsli sözlərin yiyəlik və təsirlik hallarını qarışdırmamaq üçün aşağıdakıları bilmək lazımdır:
Yiyəlik halda кого? sualına нет sözü (inkarlıq mənasında) əlavə etsək cavabında yiyəlik halın (родительный падеж) forması olaçaqdır. Məsələn: нет кого?—человека, друга, брата, коня;
təsirlik hal isə кого? что? suallarına cavab verir və adından bəlli olduğu kimi, bir qayda olaraq, təsirli fellərdən sonra işlənir. Müqayisə edək: нет кого?—человека, коня, друга, брата (yiyəlik hal—родительный падеж); вижу кого? встретил кого?—человека, коня, друга, брата, солдата, товорища və s. (təsirlik hal—винительный падеж).
мать любит дочь və ya дочь любит мать; весло задело платье və ya платье задело весло tipli cümlələrlə, ifadələrlə əlaqədar belə qayda mövcuddur; birinci söz (isim) adlıq haldadır—mübtədadır, ikinci isim isə—təsirlik haldadır; cümlə üzvlərinə görə tamamlıqdır (vasitəsiz).
Rus dilində elə sözlər vardır ki, onlar canlı əşyaların adlarını bildirsələr də, həmin isimləri qrammatik cəhətdən canlı kateqoriyaya aid etmək heç də həmişə düzgün olmur. Məsələn: утопленник (suda batmış, boğulmuş adam), удавленник (özünü asmış, boğulmuş adam) canlı isimlərə aid edilirsə, труп (meyit, çənazə, nəş, çəsəd, çəmdək, leş) sözü cansız isimdir. Урод (eybəcər, çirkin, kifir, bədheybət) və птенец (quş balası, ətcəbala) sözləri də canlı isimlərdir. Lakin толпа (yığın, dəstə, izdiham, güruh, camaat, xalq), молодёжь, молодняк (çavan heyvanlar; cavan meşə; cavanlar, cavan kadrlar), стадо (sürü, naxır), стая (sürü, dəstə, qatar) cansız isimlər kimi işlədilməklə что? sualına cavab verirlər.
Davamı →