Möhsün Sənani

Azərbaycan incəsənətində öz dəst-xətti ilə seçilən sənətkarlardan söz düşəndə ilk xatırlananlardan biri də xalq artisti Möhsün Sənanidir. O, milli kinomuzun və teatrın inkişafına öz əvəzsiz tövhələrini verib. 1900-cü ilin 19 iyun tarixində Tiflisdə, azərbaycanlıların sıx yaşadıqları məşhur "Şeytan bazarı" adlı məhəllədə ruhani ailəsində dünyaya bir körpə gəlir. Valideynləri onu Möhsün adlandırır. «Sənani» onun təxəllüsü idi. Tam adı Möhsün Sadıq oğlu Cəfərovdur. Uşaqlığını çox çətin keçirir. 2 yaşında atasını, 5 yaşında anasını itirir. Bir müddət nənəsinin himayəsində böyüyür. Nənəsi onu da atası kimi ruhani görmək istəyir və mədrəsəyə yazdırır.

Davamı →

Nəsibə Zeynalova

Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və sevimli aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkiiyini görmək ataya nəsib olmayıb.
1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdə rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Buna baxmayaraq o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.

Davamı →