Quduzluq nədir? Qarşısı necə alınmalıdır?

Quduzluq ağır infeksion xəstəlik hesab edilir.
Quduzluq xəstəliyinə tutulmuş pişik, it və vəhşi heyvanların dişlənməsindən sonra keçir. Quduzluq xəstəliyi çox ağır əlamətərlə xarakterizə olunur və əksər hallarda ölümlə nəticələnir. Xəstəlik insanlara 60 % hallarda it dişləməsindən sonra keçir. Və əksər hallarda dişlənmə vaxtında itlərdə xəstəliyin əlamətləri olmur. Bu xəstəliyin profilaktikasında əsas məsələ heyvan dişləməsindən sonra dərhal yaranın yuyulması, təmizlənməsi, sonra isə zərərçəkənin həkim- infeksionistə gətirilməsi və təcili sürətdə quduzluq əleyhinə vaksinin vurulmasından ibarətdir. Xəstəliyin ilkin əlamətləri görünməyə başladığı andan artıq vaksin vurulmanın əhəmiyyəti itir və xəstə ölümə məhkum olur.
Davamı →

Heymlix texnikası

Qəfil ölüm səbəblərindən biri də dünyada durduğu yerdə nəfəs borusuna yad cismin düşüb, tənəffüsün qarşısını almasıdır. Daha çox uşaqlarda rast gəlinən bu böyüklərdə yemək yeyərkən ehtiyatsızlıqdan baş verir. Balıq, toyuq sümüyü, hər hansı qida qalığı və ya sadəcə yad cisim yemək borusuna yox, nəfəs borusuna düşür.

Dəqiqələr içində boğulmağa başlayan insan təcili yardım gələnə kimi ölə bilər. Ətrafdakılar boğulana yardım üçün su verir, kimsə barmağı ilə çıxarmağa çalışır, kürəyinə döyəcləyir, amma bütün bunlar effektsiz ola bilər.
Davamı →

Ürək dayandıqda ilk tibbi yardım

Elektrik cərəyanı vurduqda, suda boğularkən, tənəffüs orqanarı sıxılarkən, habelə bir sıra xəstəliklər zamanı tənəffüs və ürəyin fəaliyyəti qəfildən dayana bilir. Bu zaman kliniki ölüm baş verə bilər.

Ürək fəaliyyətinin dayanması nəfəsin kəsilməsinə, nəbzin, ürək döyüntüsünün, reflekslərin olmamasına və göz bəbəklərinin genişlənməsinə görə aşkar edilir. Belə adamlara süni tənəffüs verilsə və ürəyi xaricdən masaj olunsa bir çox hallarda həyatlarını xilas etmək olur.

Hadisə qəza nəticəsində baş verib xəstənin çənəsi yaralanmışsa, alt çənəni bir qədər irəli çəkib, çənəaltını basaraq ağız böşluğunu qan və ya qusuntudan salfetlə təmizləyib, sonra xəstənin burnunu tutub süni tənəfüs vermək lazımdır.
Davamı →

Günvurmanın simptomları

İsti havada günvurma halları artır. Günvurma çox ciddi pozulma sayılır ki, vaxtında lazım olan tədbirlər görülməzsə insan hətta həyatını itirə bilər. İstinin təsirindən beyin qan dövranı kəskin pozulur ki, bu da çox ağır fəsadların inkişafına (koma, insult, iflic) səbəb ola bilər. Günvurma yaşlı insanlar, ürək-damar, şəkərli diabet xəstələri, kiçik yaşlı uşaqlar üçün xüsusilə təhlükəlidir. Günvurmanın əsas simptomlarını bilmək çox vacibdir!

Bu simptomlar arasında:
— zəiflik — başgicəllənmə
— güclü baş ağrısı
— qulaqlarda küy
— nəfəsalmanın tezləşməsi
— nəbzin tezləşməsi
— üşümə
— ürəkbulanması və qusma
— hərarətin 40 C və ya daha artıq yüksəlməsi
— ağır hallarda qıcolmalar və huşun itirilməsi.
Davamı →

Boğazda nə isə qalanda...

Boğazda hər hansı yad cisim (qida, sümük, meyvə tumu və s.) qaldıqda nəfəs yolları qismən bağlana bilər.

Bu zaman insan çətinliklə də olsa nəfəs ala və danışa bilir. Belə vəziyyətdə orqanizmin müdafiə mexanizmi olan öskürək köməyə gəlir — insan öskürür və yad cisim əksər hallarda xaric olur. Lakin bəzən yad cisim nəfəs yollarını tam bağlaya bilər ki, bu zaman insan nə nəfəs ala, nə danışa, nə də öskürə bilir, boğulur, göyərir. Bu çox təhlükəli vəziyyətdir ki, insan dəqiqələr ərzində həyatını itirə bilər.
Davamı →

Hansı xəstəliklər zamanı nə etməli?

1. Tempratur yüksələn zaman xəstəni yatağa uzadıb, əynindəki isti paltarları çıxartmaq, alnına yaş əski qoymaq, tempratur 38 dərəcə C-dən artıq olarsa, qızdırmasalıcı dərmanlar vermək lazımdır. Qızdırmanı aşağı salmaq mümkün olmadıqda həkimə müraciət etmək lazımdır, çünki qızdırma hər hansı bir xəstəliyin əlaməti ola bilər.

2. Mədə-bağırsaq pozğunluqları zamanı qarında ağrı, qusma və ishal baş verir. Bu zaman xəstəni ailə üzvlərindən tədric eləmək və anus ətrafını yaxşı yumaq lazımdır. Bir-neçə gün pəhriz və bitki müalicələri ilə əlamətlər aradan qalxmasa, mütləq həkimə müraciət etmək lazımdır.
Davamı →

Bəzi xəstəliklər zamanı ilk tibbi yardım

1. Gözə yad cismin düşməsi zamanı yad cisim göz qapağının altına düşüb buynuz qişanı zədələyə bilər. Buna görə də çalışıb ondan tez xilas olmaq lazımdır. Yad cisim adi qum və ya kül dənəciyi ola bilir və insanda narahatçılıq hissi yaradır. Gözə yad cisim düşdükdə ovuşdurmaq olmaz, çünki buynuz qişa zədələnə bilər. Gözdən yad cismi cıxarmaq üçün aşağı və ya yuxarı göz qapağını qabağa doğru dartır, suda islanmış təmiz yaylığın ucu ilə çıxardırlar. Əgər bu da kömək eləmirsə, dərin qaba su töküb gözü suyun içində bir-neçə dəfə açıb yumaq lazımdır.

2. Gün vurması zamanı xəstədə baş ağrıları, ürəkbulanma, qarında ağrılar və huşun itməsi baş verir. İlk yardım məqsədilə xəstəni sərin yerdə uzatmaq və təmiz havaya çıxarmaq, onu soyundurub nəm mələfəyə bükmək, başına buz və ya soyuq kompres qoymaq, buzlu içkilər vermək lazımdır.
Davamı →

Bəzi xəstələrə ev şəraitində ilk tibbi yardım

1. Böyrək sancılarını adətətən böyrək daşları verir. Sancılar əgər arxadan qabağa doğru və oradan da qasıq nahiyyəyə vurursa, bu daşın böyrəkdən sidik axarına düşdüyü zaman baş verir. Əgər xəstənin sidiyində qan görünürsə, bu diaqnozu təsdiqləyir. Bu zaman xəstəyə ediləcək ilk tibbi yardım onu isti yatağa uzatmaqdan ibarətdir.

Belə vəziyyətlərdə xəstənin ağrıyan nahiyyəsinə isitqac qoyulur, xəstəyə ağrıkəsici dərman verilir. Sancı tutmaları zamanı xəstəyə bol maye içirtməkdə və isti vannaya oturtmaqda fayda var. Həkimə mütləq müraciət edilməlidir.

Davamı →

Qrelka

Bu ucuz və effektli müalicəvi vasitə keçmişdə daha tez-tez istifadə olunurdu. Təəssüf ki, hal hazırda qrelka müalicəvi vasitə kimi demək olar unudulub. İstənilən nahiyəyə qoyulan isti qrelka yerli qan dövranını yaxşılaşdırır və bununla da bir sıra sağlamlıq problemlərini həll etməyə kömək edir.

İsti qrelka bu kimi hallarda çox effektli müalicəvi vasitə kimi istifadə oluna bilər:

1. Soyuqdəymədən şübhələnirsinizsə, pəncələrin altına isti qrelka qoyun. Pəncələrdə çoxlu sayda bioloji aktiv nöqtələr var. Bu nöqtələrə təsir etməklə siz soyuqdəymənin və zökəmin qarşısını ala bilərsiniz.

2. Təzyiqiniz qalxıbsa, isti qrelkanı pəncələrə və (və ya) baldırlara qoyun. Nəticədə ayaq damarları genişlənəcək, qan bura yönələcək və bu da təzyiqin azalmasına kömək edəcək.

3. Miqren zamanı pəncələrə qoyulmuş qrelka ağrını azaldır.

4. Sistit zamanı isti qrelkanı qarnın aşağı hissəsinə qoyun.
Davamı →

Uşaqlarınızı belə qoruyun

Yay aylarında açıq havada keçirilən zaman da artır. Bu halda bəzi qəzalar da qaçılmaz olur. Xüsusilə uşaqların yay mövsümündə artan enerjiləri, həyəcanları və aktiv hərəkətləri daha çox təhlükəli vəziyyətlər yaradır. Yayda hovuz və dənizdə olan günvurmalar, burxulma və qırıqlarla nəticələnən velosiped qəzaları, boğulmadan tutmuş günəş yanmalarına qədər bir çox səbəbdən uşaqlarını təcili yardıma gətirən valideynlərin də sayı artır. Yayın sevincinin kədərlə bitməsini istəmirsinizsə diqqətli olun.

Yayda uşaqlar əyləndikləri zaman onları gözləyən təhlükənin fərqində olmaya bilik. Ona görə də bəzi lazımi tədbirlər görməkdə fayda var. Əks halda bu qəzalar həm ciddi və qalıcı sağlamlıq problemlərinə yol aça bilər, həm də yay tətiliniz acı xatirələrlə yadda qalar. İlk növbədə valideynlər ilk yardım tətbiqlərini öyrənməlidirlər.
Davamı →