Təbiətin 12 qanunu

 1. Sənə lazımdır — özün də icra et

Sənə zərrə qədər xeyir gətirməyəcək hər hansı bir şeyi görməyin nə mənası var? Bizim fəaliyyətimizin nəticəsi heç olmasa ya təşəkkür, ya da şəxsi dəyərin (ləyaqətin) hiss edilməsi olmalıdır. Enerji — hər zaman  bizlərə nə üçünsə verilmiş bir mükafatdır. Əgər başqaları öz qayğılarını (və ya dərdlərini) bizim üzərimizə yükləyirlərsə, heç vaxt onların işlərinin görülməsindən lazım olan həzzi və ya yeni işə uyğun (münasib) ruh yüksəkliyini (şövq) ala bilməyəcəyik. (Məqsəd insanların bir-birilərinə əl tutmaları və ya yardım edib, xeyirxah işlər görmələrini qadağan etmək deyil. Əksinə, kiminsə boynundakı məsuliyyəti və ya vəzifəni başqasının üzərinə atması və həmin şəxsin də başqasının işini görməsinin danlaq edilməsidir. — F.A)


2. Söz vermə! Söz verdinsə — yerinə yetir.

Əgər söz veririksə, məgər biz azad və ya dövlətli oluruq? Birdən, vədə əməl etməsək, bu kiminsə gözündə etibarı azaldır? Yoxsa, elə özümüzdə də? Burada söhət etibardan deyil, həyata keçirdiyimiz yalandan gedir. Ən ciddi qanunlardan biri yalanı izləmək qabiliyyətidir. Ən əsası da özünə qarşı. ( Bir sözlə, nə yalan danış (vəd verib, əməl etməmək də yalan danışmaqdandır), nə də yalana aldan. Ən əsası isə, yalanın bütün qapılarını üzərinə bağla — F.A)
Ardı →

Təbiət

Təbiət hər zaman insanın qarşısında bir tam kimi dayanmışdır. Lakin bu bütövün nədən ibarət olması, strukturu və onun səviyyələri haqqında təsəvvürlər eksperimental təbiətşünaslığa məxsusdur. Təbiətin struktur səviyyələri sadədən mürəkkəbə doğru istiqamətdə təsnif edilir. Təbiətin özünün struktur səviyyələrinin təsnifatı təbiətşünaslığın, yəni təbiət elmlərinin təsnifatının əsasını təşkil edir. Təbiət elmlərinin təsnifatı məsələsi hər zaman elmin diqqət mərkəzində duran məsələlərdən olmuşdur. Hələ 19-cu əsrin I yarısında Fransız alimi və fiziki A.Amper ilk təsnifatlardan birini təklif etmiş və bu təsnifatda 200-dən artıq təbiət elmi göstərilmişdir. Müasir dövrdə təbii-elmi biliklərin təsnifatı konkret kriteriyaya əsaslanır.
Təbiətin fundamental qanun və qanunauyğunluqlarını öyrənən elm – Fizika adlanır.


Ardı →

Təbiət

a) Təbiət varlığın təzahürüdür

«Təbiət» anlayışı bir sıra mənalarda işlədilir. Bəzi lüğətlərdə təbiət– canlı, təbii kainat, bütün dünya, görünən hər şey, 5 hiss üzvünün  qəbul etdiyi nə varsa mənasında şərh olunur. Sadələşdirilmiş şəkildə geniş formada yayılmış təbiət anlayışı altında bizim dünya, yer və onun üzərində  yaradılan hər şey başa düşülürdü. Lakin hazırda bu anlayışın tərifləri də müəyyənləşdirilməkdədir. Ancaq hər dəfə bu tərifə müxtəlif əlamətlər və cizgilər əlavə olunmaqdadır. Yəni təriflərin sayı az deyildir. Onlardan birində təbiətə münasibət dedikdə məskun olunan yerə münasibət kimi başa düşülürdü. Digərində isə təbiətə münasibət dedikdə, bu, təbiətin insan fəaliyyətinin və elmi idrakın obyektinə çevrilməsi kimi şərh olunur.


Ardı →

Baltanızı daşa çalın, təbiət lüt qalmasın!

"… Bitkilərə diqqət yetirirəm, diqqətimi hər zaman çəkən maraqlı nə iləsə qarşılaşıram. Məsələn, onlara fikir versəniz görəcəksiniz ki, onların hamısının budaqları yuxarı qalxır, üzləri yuxarı baxır. Bunları görürəm və düşünürəm ki, onlar da əl açıb, Allaha dua edirlər. Niyə də etməsinlər, elə deyilmi?!..." 

Bu misraları 1-2 il bundan qabaq təbiət haqqında yazdığım bir mətndə qeyd eləmişdim. Mövzularımda da helə hərlənib, fırlanıb, təbiətə dönürəm, çünki, təbiəti sevirəm və sevincinə sevinib, kədərinə də üzülürəm. Çünki, gözlərim önündə hər halı yaşayan mənim Vətənimdir, mənim ttorpağımdır və mənim təbiətimdir. Mənfəət qurbanları seriyasına daxil etdiyim yazılarımdan biri də bu oldu: Təbiətimin acısı.


Ardı →