Yeni biznesin uğur üçbucağı

Təbii ki, hər bir insan heç olmasa həyatda bir dəfə öz biznesini açmaq haqda düşünür və əlbətdəki bunlardan yalnız bir qismi realda bunu edir. Forbes jurnalının dəstəyi ilə aparılan son araşdırmalara görə yer üzərində işləmə qabiliyyəti olan əhalinin 94% öz biznesinin açılması barədə düşünsədə, realda onların yalnız 6% bu işi həyata keçirir. Maraqlı məqam burasındadır ki, yeni açılan bizneslərin cəmi 15% rentabelli olur və 5 ildən çox fəaliyyət göstərir.

Bəs nədir uğurlu biznesin sirri?! Necə olur ki, kimlərsə öz biznesini quraraq milyonlara sahib olur, kimlərsə böyük maddi (həmçinin mənəvi) ziyanla bu işdən yan keçirlər. Uğurlu biznes üçün hansı kriteriyalar olmalıdır?
Bu kreteriyalar haqda söhbət açmazdan əvvəl qeyd etmək lazımdır ki, heçdə hemeşə yeni bizneslər yüksək mənfəət əldə etmək üçün həyata keçirilmir. Ümumilikdə yeni biznes açılışında sahibkarların (gələcək sahibkarların) 3 bir-birindən tam fərqli məqsədləri ola bilər: pul qazanmaq, ürəyi istədiyi (və ya xəyal qurduğu) işi qurmaq və ya biznesi yaradıb digər bir investora satmaq. Konkrət məqalə çərçivəsində mən yalnız pul qazanmaq üçün açılan bizneslərdən söhbət açacam.
İş təcrübəmdə baş verən hadisələr və bu istiqamətdə olan müşahidələrimə görə hesab edirəm ki, uğurlu biznesləri digərlərindən fərqləndirən 3 əsas faktor mövcuddür. Bu faktorların cəmini mən “uğur üçbucağı” adlandırıram. Bu amilləri nəzərdən keçirək.

 Amil № 1 – Məhsul. Məhsul dediyimiz zaman biz pula ekvivalent dəyəri olan maddi və ya qeyri-maddi istənilən bir şeyi nəzərdə tuturuq. Başqa sözlə desək məhsul mebeldən tutmuş, ta gəlinlik paltarı seçiminə konsaltinq xidmətlərinə qədər hər şey ola bilər. İstənilən biznesin mövcud olması üçün sahibkar mütləq düşündüyü ilk şey təklif edəcəyi məhsul olmalıdır. Çox sadə görünsədə iş təcrübəmdə çoxsaylı yeni layihələr məhz, təklif ediləcək məhsulun olmadığına görə sahibkar üçün böyük ziyanla başa çatıb. Həmçinin beynalxalq şirkətlərin təcrübəsinə baxsaq: Apple, Google, Blackberry və s. kimi brendlər məhz uğurlu məhsul hesabına lider mövqeydədirlər. 
Ardı →