Uğur üçün 15 keyfiyyət

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:

Davamı →

Heç nə bilmədiyiniz sektorda necə uğur qazana bilərsiniz?

Öz işini qurmaq istəyən insanların əksəriyyəti adətən yeni sahələrə maraq göstərirlər. Yəni, heç nə bilmədiyiniz, məlumatsız olduğunuz sektorda kiçik biznesə başlamaq elə də məntiqsiz səslənmir. Bununla belə, sektorda yeni olmağın özlüyündə müəyyən çətinlikləri ola bilər. Uğur qazanmaq üçün isə başladığınız işin əsl mahiyyətini, sizin bu iş üçün çatışmayan cəhətlərinizi və onların öhdəsindən necə gələcəyinizi mütləq bilməlisiniz. Unutmayın ki, Stiv Cobs da texnologiya sahəsi üzrə diplomu olmasa da, milyard dollarlıq şirkət yaratmağa nail olub.

Davamı →

Basketbol tarixinin əfsanəvi adı Kobi Brayantın uğur ilə bağlı fikirləri

Kobi Brayantı (Koby Bryant) təəssüf ki, uğursuz bir qəza nəticəsində itirdik. O, təxminən 20 il tərlətdiyi Los Angeles Lakers başda olmaqla, bütün basketbol severlər üçün bir əfsanədən də üstün biri idi.
Əlbəttə, Kobi Brayantın uğuru təsadüflərlə yaranan bir nəticə deyildi. Çox çalışmağın, ən yaxşısını istəməyin və dayanmaq bilməyən birinin bədən halı idi. Black Mamba! Onun bizə viras qoyduğu təkcə uğurları deyil, eyni zamanda tövsiyələri oldu.
Davamı →