Əmizdirmə mövqeləri (II hissə)

Əmizdirmə zamanı istifadə olunan digər mövqeləri sizə təqdim edirik.

1. «Futbol topu» mövqeyi
Uşağın əmizdirilməsi üçün rahat hesab edilən daha bir mövqe vardır ki, bu zaman uşaq ananın yan tərəfində saxlanılır, sanki onun qoltuğunun altından «boylanır». Bu vəziyyət, onun əmizdirilməsinə kifayət qədər rahatlıqla nəzarət etməyə imkan verir. Bu mövqedə uşağın başını daha rahatlıqla saxlamaq olur və uşaq ananın döşünü daha dərin və daha keyfiyyətli şəkildə götürür.

Bundan əlavə, bu mövqedə əmizdirilmə zamanı, uşaq ananın döşünün aşağı və qoltuqaltı hissəsinə yaxın paylarını (bu, ən böyük seqmentlər hesab olunur) daha yaxşı «boşaldır». Buna görə də bu mövqe döşün məhz bu hissəsində süd durğunluğunun profilaktikası üçün daha xeyirli hesab olunur. Bu əmizdirmə zamanı uşağın bədəninin altına yastıq da qoymaq lazımdır. Qoltuq altından əmizdirmə pozisiyası Qeysəriyə kəsiyinə məruz qalmış analar üçün daha rahat hesab olunur, çünki bu halda uşaq ananın qarnına təzyiq etmir.


Ardı →