Uşaqlarda baş travmaları zamanı ilk yardım

Kiçik yaşlı uşaqlarda ən çox təsadüf edilən travma – kəllə-beyin travmasıdır. Bunun da əsas səbəbi uşağın yıxılmasıdır. Balaca uşaqlar bələndikləri stoldan, divandan və s. hündürlüklərdən və əksər hallarda da başıaşağı olmaqla yıxılırlar.

Ona görə ki, əgər böyüklərdə baş, ümumi bədən uzunluğunun 1/8 hissəsini təşkil edirsə, uşaqlarda bu rəqəm ¼ hissəyə bərabər olur, yəni onların başı bədənlərinə nisbətən daha ağır olur. Bundan başqa, böyüklər yuxıldıqda reflektor olaraq başlarını qoruyurlar — əllərini qabağa verir və s. Uşaqlarda bu qoruyucu refleks formalaşmamış olur.

Əlbəttə ki, uşaqların yıxılmasının qarşısını hər vasitə ilə almaq lazımdır. Heç bir halda, hətta ən kiçik uşaqları da onları bələdiyiniz stolun üstündə, divanda nəzarətsiz qoymayın. Əgər sizə uşaq üçün digər otaqdan nə isə gətirmək, telefona cavab vermək, qapını açmaq və s. lazım olarsa, uşağı da mütləq özünüzlə aparın! Uşaqları uzun müddət ərzində otaqda tək qoymayın – onlar hər şeylə maraqlandıqları üçün stolun, stulun, şkafın və s. ev əşyalarının üstünə qalxmağı xoşlayırlar. Uşaqlarla gəzərkən də diqqətli olmaq lazımdır.

Əgər bütün bunlara baxmayaraq uşaq yıxılarsa, ilk növbədə onun vəziyyətinə diqqətlə nəzarət etmək tələb olunur.


Ardı →