Uzunömürlü sevgi üçün

  • Sevgi
Təəssüflər olsun ki, sevgilər vaxt keçdikcə azalır və ilk günkü həyacanını, sehrini itirir. Bir müddətdən sonra iki insan arasındakı sevgi qığılcımı sönür. Siz sevginizin soyumasından qorxursunuzsa, psixoloqların verdiyi məsləhətləri mütləq nəzərə alın. 

Sirdaş 
Nə qədər uzun müddət birlikdə olsanız da, bir-biriniz haqqında hər şeyi öyrənməyiniz mümkün deyil. Bir gücə təşkil edin sərgüzəştləriniz, keçmişdə başınıza gələn axmaqlıqlar haqqında söhbət edin. Yanınıza pivənizi də alıb uşaqlıq illərində baş verən gülməli hadisələr haqqında danışın. Heç kimə demədyiniz sirlərnizi bir-birinizlə bölüşün. Sirlər insanları bir-birinə bağlayır, həm də doyunca əylənəcəksiniz. 

Çılğınlıq 
Münasibətləri alovlandırmaq o qədər də çətin iş deyil. Birlikdə adrenalin dolu işlərlə məşğul olun. Məsələn, paraşütlə tullana, atda gəzə bilərsiniz. Bunları etmək mümkün deyilsə, lunaparkda ən təhlükəli oyuncaqlardan birinə minin. Heç şübhəniz olmasın, bu məşğələlər sizi avtomatik olaraq bir-birinizə daha da yaxınlaşdıracaq.
Ardı →