Virus hepatiti

Virus hepatiti — iki müstəqil xəstəlikdən — infeksion hepatit və serum hepatitindən ibarətdir. Törədiciləri — viruslardır. Xəstəlik tədricən başlayır. Əvvəlcə qida ilə zəhərlənməyə və ya kəskin respirator xəstəliklərinə oxşayır. 7-12 gündən sonra sidik tündləşir (pivə rəngində olur), çox keçmədən skleralar, sərt damaq, dilçək və dəri sarılıq gətirir.
Nəcis açıq rəngdə olub boz gilə oxşayır. Qaraciyər böyüyür. Serum hepatitində sarılıq dövrü infeksion dövrdə olduğundan xeyli uzun çəkir. Adətən intoksikasiya açıq-aşkar görünür: xəstə süst, yuxucul olur, iştahadan düşür, ürəyi bulanır, qusur, defekasiya dəyişkən olur. Hepatitin ən təhlükəli ağırlaşması qaraciyər komasıdır ki, bu da, adətən, xəstənin ölümü ilə nəticələnir.
Yüngül formada infeksion və serum hepatitinin kəskin mərhələsində xəstələrin dərman müalicəsinə ehtiyacı olmur.


Davamı →