Gəzən cəsəd - Kotard sindromu

Sindromun ikinci adı «Kotard»dır. Kotard sindromu ilk dəfə 1880-ci ildə Fransız nevroloq Cules Kotard tərəfindən kəşf edilən ruhi xəstəlikdir. Bu xəstəliyə tutulanlar ölü olduqlarını düşünürlər. Bəzən xəstəlik o həddə çatır ki, xəstə öldüyünü özünə və ətrafdakılara sübut etmək üçün intihara əl atır. Nevropsixiatrik pozğunluq olan «Gəzən cəsəd sindromu» Amerika Psixiatriya Birliyinin Ruhi Pozğunluqlar siyahısına düşüb. Bu, bir depressiya və intihar meyilləri olan sindromdur. Belə ki, xəstəliyə tutulmuş şəxs bu vəziyyətdə hər şeyini itirmiş olduğundan şikayətlənir. Ehtiraslarını, bədəninin bir qismini və ya hamısını itirdiyini, ümumiyyətlə, öldüyünü və gəzən bir cəsəd olduğunu düşünür. Xəstə üstündə böcək, ya da soxulcan gəzdiyini düşünər, hətta çürüdüyünə və cəsəd kimi iyləndiyinə inanar. Xəstəliyin sonrakı mərhələsində xəstə insanı yuxudan məhrum edən kokain ağrısı yaranır. Xəstə ölü olmaq və ölü olmamaq fikirləri arasında əzab çəkməyə başlayır. Mütəxəssis hesab edir ki, ruhi sarsıntılar, ruhi xəstəliklər keçirən insanların beyni zədələnmiş hesab edilir.


Davamı →

Uşaq serebral iflici

Serebral iflicli uşaqların çox normal uşaqlara nisbətən həyat üçün vacib olan əsas qabiliyyət və bacarıqlara gec yiyələnirlər. Bunun səbəblərindən biri uşağın hərəkət etməkdə və bədənin müqavimətini saxlamaqda çətinlik çəkməsidir. Həmçinin əqli cəhətdən geri, görmə və eşitmə problemi olan uşaqlarda da qavrama qabiliyyəti zəif olur və onlarda əsas bacarıq və qabiliyyətlər gec inkişaf edir. Uşağın ləng inkişafının səbəbləri müxtəlif çatışmazlıqlarla izah olunur.


Davamı →

Hərəkət məhdudluğu, psixi əlillik - Rett sindromu nədir?

Bu vəziyyət hələlik qızlarda təsvir olunub, başlanğıc xüsusiyyətlərinə və simptomlarının xüsusiyyətlərinə görə autizmdən ayrılır. Tipik hallarda xarici normal və ya demək olar ki, normal inkişafın arxasınca, qazanılmış manual və nitq vərdişlərinin hissəli və ya tam itməsi, kəllənin böyüməsinin ləngiməsi, adətən 7-24 ayında başlayır. Xüsusən məqsədli əl hərəkətlərinin itirilməsi, xəttin stereotipiyası və təngnəfəslik xarakterdir. Sosial və oyun inkişafı ilk iki və ya 3 yaşda ləngiyir, amma, sosial maraqların saxlanılmasına tendensiya qalır. Orta uşaq yaşında skolioz və ya kifoskoliozla müşahidə oluna,


Davamı →

Spina Bifida nədir?

Spina bifida onurğa patalogiyası deməkdir. Bu zaman bel sütunundakı sümük qövsləri tam olaraq örtülmür. Başqa sözlə desək, onurğa açıq vəziyyətdə bədən səthində formalaşır. Anadangəlmə xəstəliklər arasında ən çox rast gəlinən növlərdəndir. Ən yüngül dərəcədən başlayaraq ən ağır dərəcələrinə qədər təsadüf edilir.

Bu xəstəliyin yaranması ilə bağlı bir çox fikirlər irəli sürülür. Əsas səbəb kimi hamiləlik dövründə anada və uşaqda fol asit turşusunun əskikliyi göstərilir. Bundan başqa hamiləlik dövründən ananın yüksək tempraturlu istiliyə məruz qalması və şəkərli diabetdən əziyyət çəkməsi də qeyd olunur. Yüksək tempraturlu istilik dedikdə, ananın hər hansı xəstəliyi yüksək qızdırmanın müşayəti ilə keçirməsi və ya həddən artıq günəş şüaları altında qalması nəzərdə tutulur.


Davamı →

Leykemiya haqqında bilmədiklərimiz

Kəskin leykemiya (lösemi), uşaqlıq çağı xərçəngləri arasında ən çox görülənidir. Fərqli cəmiyyətlərə görə görülmə sıxlığı dəyişir və qəbul edilən nisbət; yüz min uşaqda 3-4 arasındadır. Leykemiyanın inkişafında; Radiasiya və boya sənayesində istifadə edilən benzinə məruz qalmaq çox təsirlidir. Bununla yanaşı leykemiya diaqnozu qoyulan uşaqların böyük hissəsində heç bir səbəb yoxdur.

Davamı →

Dodaqlarınız sağlamlığınızdan xəbər verir

Dodaqlarda 1 milyondan çox sinir ucları var. Xüsusi qayğıya ehtiyacı olan dodaqlar bəzən sağlamlığımızla əlaqədar bəzi problemlər barədə müəyyən mesajlar verir.

  • Dodaqlarda uçuq (Herpes)
    Dodaqdakı uçuq ağrılı və ya narahatedicidir. Çox vaxt zərərsiz olan bu şişkinlik müalicəsiz yox ola bilər. Bunlar dodağınıza etdiyiniz estetik müdaxilələr və bədənin bəzi qidalara verdiyi reaksiya nəticəsində meydana gəlir. Ancaq başlıca səbəb herpes virus infeksiyasıdır.

Davamı →