Düyünlü zob 90 faiz hallarda xoşxassəli olur

Tiroid vəzi xəstəlikləri bütün dünyada olduğu kimi bizim ölkəmizdə də artmaqdadır. Belə ki, endokrin xəstəliklər arasında ilk yeri şəkərli diabet, ikinci yeri isə qalxanabənzər vəzi xəstəlikləri tutur.
Bu sözləri  Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının cərrah-endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov deyib.
Cərrah-endokrinoloq bildirib: «Qalxanabənzər vəzi boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşən, hormonlar sintez edən orqandır. Vəzinin ifraz etdiyi hormonlar orqanizmimizin metabolik, hormonal, qan dövranı, böyümə və digər sistemlərinin fəaliyyətinin tənzimlənməsində əhəmiyyətli rol oynayır.

Davamı →