Qədim türk yazılı abidələri

Qədim türk yazılı abidələri eramızın V yüzilliyində yaranmışdır. Bu yazıların günümüzə qədər gəlib çatan ən əski örnəkləri VII-VIII yüzilliklərə aiddir. Daşlar üzərində Göytürk hərfləri ilə yazılmış bu kitabələr bütün türk xalqlarının tarixində böyük ıdıbi-tarixi əhəmiyyətə malikdir.

Göytürk kitabələrində ilk dəfə olaraq türk millətinin adı çəkilmiş, türkün tarixi ilk öncə bu daşlar üzərində yazılmışdır. Bu daş yazıları türk ədəbiyyatının ilk əsəri, ulu babasıdır, türk dilinin ilk yazılı qaynağıdır.

1721-ci ildə Güney Sibirdə Yenisey çayının sahillərində yerləşən Abakan bölgəsində iki avropalı gəzib dolaşırdı. Bu yerin təbiəti, yerli xalqların dili, adət-ənənəsi onları ciddi maraqlandırırdı. Onlar kim idi, Biri alman alimi Daniel Messerşmidt və digəri isə isveçli İohan fon Stralenberq idi. Bir gün bir yerli kəndli onların yanına gəlib qəribə daş yazısı və heykəllərdən danışdı. 1722-ci ildə Daniel Çarkov kəndində yazılı daşları görüb heyrətə gəlir. Abakana dönüb dostu yüzbaşı İ.Stralenberqlə görüşəndə bu barədə ona da məlumat verir. Hər ikisi bir yerdə gəlib bu əski yazılara tamaşa edir, bəzilərinin sürətini çıxarırlar.


Ardı →