Pikassodan yeddi məsləhət

XX əsrin ən qüdrətli və məşhur rəssamlarından biri olan Pablo Pikassonun adı hər kəsə yaxşı bəllidir. O, həyatın hər cür sınağından keçərək bu yerə gəlib çıxmışdır. “The Times” jurnalı 2009-cu ildə onu son 100 ilin ən qüdrətli rəssamı adlandırmışdır. Onun uğur yolunu təkrarlamaq, bəlkə də, mümkün deyil, amma Pikassodan çox şey öyrənmək olar.

Bu məqalədə dahi sənətkarın daimi yaratmaq və yaşamaq haqqındakı fikirlərini oxuyacaqsınız.

1. Uğur əldə etmək üçün inanmaq lazımdır
“Uğur əldə edənlər yalnız qabiyyətlərinə inananlardır. Bu dəyişməz və müzakirə olunmaz qanundur.”

Əminlik nəticəni nəzarət altında saxlayır. Əgər siz bacarmayacağınızı düşünürsünüzsə, çox güman ki, həyəcənlanacaq və səhvlər edəcəksiniz. Digər tərəfdən isə əgər siz özünüzə inanırsınızsa, hadisələr siz istədiyiniz yöndə istiqamətlənəcək, bu zaman nə ağlayıb-sızlanmağa, nə də həyatdan giley-güzar etməyə ehtiyac qalacaq. Nəticədə isə uğurlar və imkanlar yağışdan sonrakı göbələk kimi meydana çıxacaq.

2. Bilik və bacarıqlarınızın sərhədlərini genişləndirin
“Öyrənmək üçün həmişə bacarmadığımı edirəm”

İnkişaf üçün hər zaman irəliyə doğru getmək lazımdır. Bu bir az qorxuducu ola bilər. Bu məsələ ilə bağlı verə biləcəyim ən yaxşı məsləhət: mümkün qədər mənfi fikirləri azaldın. Nə qədər ki, bu fikirlər sizdən uzaqdır, fikrini bir yerə cəmləmək, arzu olunan nəticəni əldə etmək, istədiyini öyrənmək də bir o qədər asandır.
Ardı →