Yemiş tumunun faydaları

  • Flora
Yaz aylarının ən şirin, ən gözəl meyvələrindən biri olan qovun (yemiş) insanı sakitləşdirici qoxuya malikdir. Yeməkdən əvvəl yemiş yemək çox faydalıdır. Həzm orqnlarını təmizləyir və xəstəlikləri aradan qaldırır. O şəkər, zülal və nişasta ilə zəngin olduğu üçün onu asanlıqla qida əvəzi kimi istifadə etmək mümkündür.

B vitamini və yodla zəngin olan yemişin tumu da çox faydalıdır. Yeməklərdən əvvəl bir stəkan yemiş tumu suyu içmək böyrəkləri və sidik kisəsinin təmizləyir.

Bu şirin meyvənin tumlarını suda qaynadıb için. Bu suyun cinsi gücü artırdığı və afrodizyak təsir yaratdığı deyilir.

Davamı →

Yemişin faydaları

  • Flora
Yeməkdən əvvəl yemiş yeyilərsə yemək rahat həzm olunar. Və yaxud yemişin ətri cənnət meyvələrinin ətri kimidir. Yenə də təzə xurmanı yemişlə yeyin kimi, hədislər Peyğəmbərimiz (Səllələhu Aleyhi Vəsəlləm) tərəfindən buyrulmuşdur. Yemiş olduqca faydalı Allahın bizə lütf etdiyi bir nemətdir, yemişdəki bol lif miqdarı, mədə bağırsaq üçün çox faydalıdır. Yemiş bağırsaqları çalışdırar, bağırsaq şlaklarını təmizləyər, bununla da babsili olanlara faydalı olar, gözəl ətri ürəyi rahiyyələndirər, əhvalı yaxşılaşdırar. Yemişə sarılıq verən onun tərkibində olan beta karotindir, bu da bədənimizdə A vitamininə çevrilir.

Göz qidalanması pozğunluqlarında müxtəlif tipli retinopatiyalarda çox faydalıdır, beta karotin dəri gözlər, beyin damarları üçün olduqca faydalıdır, yemişi bol yeyən insanlarda dəri qırışıqları az olar, dəri parlaq olar.
Davamı →

Yemiş

  • Flora

Yemiş və ya qovun yay aylarının əvəzolunmaz tərəvəzlərindəndir. Yemiş yayda sərinlik verən xoş dadıyla hər kəsin sevdiyi bir bitkidir. Böyük yarpaqlı, sarı rəngli çiçəkləri olan yemiş sarmaşıq bitki növüdür. Yemiş dadı ilə hər kəsə xoş təsir bağışladığı kimi, orqanizmə faydaları ilə də məşhurdur. Tərkibində bolluca olan su ilə yanaşı, A və C vitamini ilə də zəngindir. Yod və xrom mineralları baxımından da zəngin bir meyvədir.

Yemişin faydaları
 Yemiş bədəni sərinlədir və rahatlıq verir. Elə bu xüsusiyyətinə görə yayda ən sevilən tərəvəzlərdəndir.

Sidikqovucu xüsusiyyətilə yemiş bağırsaqların da yumşalmasını təmin edərək, qəbizlik probleminə mane olur.
Davamı →