Yeni planet tapılıb

Həyat üçün münbit şəraitə malik yeni planet kəşf edilib. Bu barədə açıqlamanı amerikalı səma mütəxəssisləri veriblər. ABŞ Milli Elm Qurumundan Günəş sisteminin xaricində kəşf edilən planetin ətrafında dövr etdiyi ulduza nə çox yaxın, nə də uzaq olduğu, bununla bağlı olaraq da həyat üçün münbit olduğu qeyd edilib. Belə ki, planet su üçün nə çox isti, nə də çox soyuqdur. Burada su və atmosferin olduğu ehtimal edilir. Bu əlamətlərinə görə, yeni göy cismi Yer ilə bənzərdir.
Yeni planet Yerdən 20 işıq ili (193 trilyon kilometr) uzaqlıqda yerləşir. Yeni göy cisminə «581g» adı verilib. Onun çəkisi bizim planetdən 3-4 dəfə böyükdür və «Qliz 581» ulduzunun ətrafında fırlanır. Bir dövr 37 yer sutkasına bərabərdir.
Ardı →