Yoncanın inanılmaz faydaları

  • Flora
Yonca adətən heyvanların yemi kimi istifadə olunur. Lakin yonca həmçinin çox faydalı müalicəvi bitkidir. Yoncanın gülləri xalq təbabətində müxtəlif xəstəliklər zamanı çox geniş istifadə olunur.

— Yonca qadınlar üçün xüsusilə faydalıdır. Yoncanın tərkibində qadın hormanları olan estrogenlərə oxşar maddələr var. Bu maddələr klimaksın xoşagəlməz simptomlarını azaldır, təzyiqi normallaşdırır, qadına klimaksı daha asan keçirməyə kömək edir. Klimaks zamanı yoncadan müalicəvi çay hazırlayın:

2 ç.q. təzə yoncanı termosda 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gün ərzində 4 dəfə stəkanın 1/4 hissəsi olmaqla qəbul edin. Müalicə kursu — 1 ay

— Bəzi eksperimentlər göstərir ki, yonca bəzi xərçəng formaları zamanı müalicəvi təsir edir. Lakin süd vəziləri, uşaqlıq, yumurtalıq xərçəngi zamanı yoncadan istifadə etmək olmaz.
Davamı →