Dövlətin yurisdiksiyası

Beynəlxalq hüquqa görə, dövlət öz daxili qanunlarını ərazisi çərçivəsində və onun hüdudlarından kənarda baş verən məsələlri – yurisdiksiya obyektinin dövlət mənsubiyyətindən asılı olmayaraq, — tətbiq edə bilər (buna preskriptiv yurisdiksiya, yəni müəyyən etmə və ya nizamasalma yurisdiksiyası deyilir).
Lakin bu yurisdiksiyanın (preskriptiv yurisdiksiya) həyata keçirilməsi dövlətin öz ərazisi ilə məhdudlaşır və xüsusi razılaşma olmasa,başqa bir dövlətin ərazisində hər hansı bir formada mümkün deyildir. Başqa sözlə, dövlət öz hüquq mühafizə orqanlarını başqa bir dövlətin ərazisində fəaliyyətə gətirə bilməz (buna həyata keçirmə yurisdiksiyası deyilir).
Dövlətin öz ərazisi çərçivəsindəki  yurisdiksiyası mütləq və müstəsna xarakter daşıyır. Dövlət öz ərazisində yerləşən bütün şəxsər, mülkiyyət və baş verən bütün hadisələr üzərində, ümumi və konkret beynəlxalq hüquq norması ilə başqa cür nəzərdə tutulmayıbsa, hakimiyyət səlahiyyətləri həyata keçirir. Başqa sözlə, heç bir başqa dövlət və ya beynəlxalq qurum bir dövlətin “daxili yurisdiksiyasına” müdaxilə edə bilməz.


Ardı →

Ərazi

Beynəlxalq hüquqda genış mənada “ərazi” dedikdə, yer kürəsinin quru və su səthi, yerin təki, bütün hava məkanı, habelə kosmik fəza və orada yerləşən göy cisimləri başa düşülür. Öz hüquqi rejiminə görə bütün bu ərazi üç növə ayrılır:
1 )dövlət ərazisi;
2 )beynəlxalq rejimi olan ərazi;
3) qarışıq rejimi olan ərazi.   
Dövlət ərazisi – hər hansı dövlətin suverenliyi altında olan əraziyə deyilir. Həmin ərazi çərçivəsində dövlət öz ərazi üstünlüyünü həyata keçirir.
Beynəlxalq rejimi olan ərazilərdə heç bir dövlətin suverenliyi altında olmayan və bütün dünya dövlətlərinin beynəlxalq hüquq normalarına müvafiq olaraq ümumi istifadəsində olan ərazilər aiddir. Bu ərazilər aşağıdakılardır: açıq dəniz, onun üzərindəki hava məkanı, kontinental şelfin hüdudlarından kənardaa yerləşən dəniz və okeanların dibi, Ay və digər göy cisimləri daxil olmaqla kosmik fəza, Antarktika və onun üzərindəki hava məkanı.
Davamı →

Suverenliyin hüdudları və dövlət yurisdiksiyası

Suverenlik
Dövlətin ərazi suverenliyi dövlət sərhədləri daxilindəki torpaqları və onun üzərindəki hava məkanını əhatə edir, ancaq havanın yuxarı qatı (kosmik məkan) buraya daxil olmur. Suverenlik dəniz dövlətlərində də müəyyən məhdudiyyətlərlə daxili və ərazi sularında yayılır; və dövlət xüsusi dəniz zonası, müstəsna iqtisadi zona və kontinental şelf üzərində nəzarət ölçüsünə sahib olur. Dənizlərdə qanuniliyi müəyyən etmək üçün beynəlxalq rejim 1958-ci il Cenevrə konvensiyasına və 1982-ci il dəniz hüquqları üzrə Konvensiyaya əsaslanır.
Aşağıda konvensiyanın əsas müddəaları göstərilir. Sahil dövlətləri uzunluğu on iki dəniz milinə qədər olan ərazi suları üzərində suverenliklərindən istifadə edirlər, lakin xarici gəmilərə həmin sulardan sülh naviqasiyasını həyata keçirmək məqsədilə sülh keçidi kimi istifadə etməyə icazə verilir, uçuşlara isə sahil dövlətləri ilə razılaşdırılmaqla icazə verilir.


Ardı →

Beynəlxalq hüquqda dövlətlərin ərazi məsələləri

Ərazi anlayışı beynəlxalq aləmdə bu gün daha kəskin olub, Yer kürəsində quru və sulardan, onların üzərindəki hava boşluqlarından, habelə yerin altından, dənizin dibindən ibarət olan bütün sahələrə deyilir.
Dövlətlərin beynəlxalq hüquqi münasibətlər və onları tənzim edən hüquq normaları müəyyən məkanda yaradılıb fəaliyyət göstərir. Belə beynəlxalq hüquqi normaların obyektləri də başlıca olaraq cografi mühitlə bağlıdır. Yer Kürəsinin bütün sahələri ayrı-ayrı dövlətlərin dövlət ərazisinin tərkibinə daxil olmaqla onların qanunlarının təsiri altında olur. (Antarktida, dünya okeanı, onun dibi, açıq dənizlər, kosmik fəzadan başqa.)
Ərazi həm dövlət hüquqi, həm də beynəlxalq hüquq əsasında tənzim olunan predmetdir. Beynəlxalq münasibətlərdə ərazi həm müxtəlif dövlətlərin hakimiyyət fəaliyyətinin hüdudu, həm də onların arasında xarici siyasətini və beynəlxalq hüquqi münasibətlərin obyektidir.
Davamı →