Kişilərin baş bəlası yuxuda danışmaq

aha yenə başladı danışmaga...Gecənin bir aləmi həyat yoldaşın səni yuxudan oyadıb məşuqənin adını soruşursa, demək, yenə özünü ifşa etmisən. “Səhər hər şeyi açıqlayaram” deyib, həyat yoldaşını sakitləşdirməyə çalışırsan. Özünsə səhərədək yatmayıb için içindən necə çıxacağın barədə düşünürsən. 
Ya da səhər yuxudan duranda anan səndən gün ərzində etdiyin, amma heç kimə deməyidiyin bir hadisəni xəbər alır. Təəccüblənmə, sən yenə də sirlərini yuxudan ifşa etmisən. Bir çox kişilərin başının bəlası yuxuda danışmaqdı. Hətta bu xüsussiyyətinə görə ailəsi dağılanlar da olub. 

Qadınlar daha «iş yoldaşımın adıdır, bütün gün bir yerdəyik də», «yuxuda mənlə bir sinifdə oxuyan qızı görürdüm, onun adını çəkmişəm», «yəqin baxdığım filmin təsirindəndir», kimi bəhanələrə inanmırlar. Çünki psixoloqlar sübut ediblər ki, gecə yatarkən kişinin danışdığı sözlər realdır, özü də kişilər ancaq sirlərini etiraf edir. Belə insanlara yuxuda danışarkən nə sual versəniz, doğru cavab alacaqsınız. Yuxuda danışmaq lunatizmin bir növüdür. Bu yalnız kişilərdə aşkarlanır. Gənclərin 50 faizində, yaşlı kişilərinsə 5 faizində bu xəstəliyə rast gəlmək mümkündür. 
Ardı →