Zəli qoydurmaq ölümə səbəb ola bilər

Son zamanlar zəli ilə müalicə üsuluna müraciət edənlərin sayı artıb.
Bir dəfə zəli qoydurmağa öyrəşib, faydasını görənlər, sonradan ən adi hallarda belə (məs: başağrısı, təzyiq oynaması və s.) bu üsula müraciət edirlər.
Bəs zəli qoydurmaq təhlükəlidirmi?
Yaxud zəlini özbaşına, həkim göstərişi olmadan, ev şəraitində qoydurmaq düzgündürmü?Fitoterapevt Ramiz Cəllulayevin dediyinə görə, zəli insan orqanizmi üçün çox faydalıdır. Onun sözlərinə görə, zəli qoydurduqdan sonra qan durulur, maddələr mübadiləsi yaxşılaşır. Lakin mütəxəssis özbaşına qoyulan zəlilərin fəsadlara yol aça biləcəyini xüsusi vurğulayıb:
Davamı →

Hirudoterapiya- zəli müalicəsi

Qara, sürüşkən, qurdabənzər və qanla qidalanan zəlilərdən çox vaxt iyrənirik. Halbuki bu «təbiət həkimləri» bəzən insanların elə orqanlarını sağaldırlar ki, həkimlərin özü belə bunu bacarmır. Xoşagəlməz təsir bağışlasa da, müasir dövrdə zəli insanların bir çox dərdinin dərmanına çevrilmişdir.
 
Qeyd edək ki, zəli 1984-cü ildən «Qırmızı Kitab»a daxil edilmişdir. Ona təbii şəraitdə yalnız Rusiyanın cənubunda, Azərbaycanda, Ukraynada, Macarıstanda, İsraildə və Fransada rast gəlinir. Dünyada zəlinin 400-ə qədər, Azərbaycan da isə 17 növü var ki, bunun ancaq üçü (Şərq zəlisi, aptek zəlisi, tibb zəlisi) tibdə istifadə edilir.

Bütün dünyada zəlinin ən yaxşı növlərindən biri — Şərq zəlisi Azərbaycandadır. Zəlinin insan və başqa canlılar üçün təhlükəli növləri vardır. Daha çox Ermənistanda yayılan at zəlisi hər hansı canlıya yapışıb, qanını sorur və öldürür.

Zəli ilə müalicə hirudoterapiya adlanır. Əsrlərlə insanların bu xeyirxah canlı ilə təmasdan uzaqlaşmanın səbəbi kimyəvi dərman preparatları olmuşdur. Lakin dərmanların ziyanlı tərəflərini insanlar başa düşəndən sonra yenidən hirudoterapiyaya üz tutmuşlar.


Ardı →

Hirudoterapiya (zəli ilə müalicə)

Qədim vaxtlardan başlayaraq insanlar zəlinin köməyi ilə müxtəlif xəstəlikləri müalicə edirdilər. Müasir vaxtlarda da bu müalicə üsulundan uğurla istifadə olunur. Zəlinin köməyi ilə müxtəlif xəstəlikləri (ürək-damar, uroloji, ginekoloji, dəri, mədə-bağırsaq sistemi və s.) müalicə etmək mümkündür. 

Zəli insult və infarkt xəstəliklərinin ən yaxşı profilaktik üsullarından biri sayılır. Varikoz xəstəliyi, bir sıra ginekoloji xəstəliklər (mioma, endometrioz, yumurtalıqlar kistaları və s.) zamanı zəli ilə müalicə çox yaxşı nəticələr verir. Hipertoniya xəstəliyi zamanı bu müalicə üsulundan uğurla istifadə olunur. Bir çox dəri xəstəliklərinin (trofik xoralar, psoriaz, ekzema, sklerodermiya və s.) müalicəsində zəli ən təsirli tibbi «vasitədir». Onu qeyd etmək lazımdır ki, zəli ilə müalicə bəzi xəstəliklər zamanı hətta ənənəvi təbabətdən yaxşı nəticələr verir.


Ardı →