Zərif casuslar

Qadınlardan, xüsusilə də gözəl qadınlardan casus kimi istifadə olunması ənənəsinin tarixi qə­­dim dövrlərə gedib-çıxır. Bu ənənə indi də davam etdirilir. Əsrlərboyu yüzlərlə, minlərlə, on minlərlə casus qadın olub, müxtəlif əməliyyatlar həyata keçiriblər. Onların çoxu barədə, de­­mək olar ki, heç nə bilmirik. Amma fəaliyyəti ilə dünyaya səs-küy salan, adı tarixə düşən ca­­sus «ledilər» də az deyil.

Cazibədar casus
 2010-cu ilin yayında Vaşinqtonla Moskva arasında aparılan casus mübadiləsi, xüsusilə də, An­­na Çapman adı, yəqin ki, hamının yadındadır. Rusiyanın ABŞ-dakı casus şəbəkəsinin əsas sima­­larından olan Anna Çapman azadlığa buraxılandan sonra, haqqında söz-söhbətlər yayıldı.

Anna 1982-ci ildə Rusiya xüsusi xidmət orqanının əməkdaşı olan Vasili Kuşenkonun ailəsin­­də anadan olub. Uşaqlıqdan oxumağa, öyrənməyə xüsusi maraq göstərən Anna ölkəsinin ən yaxşı institutlarında ali təhsil aldıqdan sonra, işləmək üçün Avropaya üz tutur. Elə burada da gələcək həyat yoldaşı, məşhur “Aşan” supermarketlər şəbəkəsinin sahibi ilə tanış olur. Amma nədənsə bu izdivacın ömrü uzun sürmür.
Ardı →