Arıqlamaq istəyirsənsə, bu ölkəyə get!

Asiyada, Taylandın şimal-şərqində, Vyetnamın qərbində yerləşən Laos bir dövlət kimi öz tarixinə XIV əsrdən başlayıb. Ölkənin dənizə çıxışı yoxdur, amma tarixi və mədəniyyəti olduqca fərqli, zəngin və maraqlıdır. Yəni istirahət etmək üçün heç də dənizi önəmli saymayan kəslər bu ölkəni seçə bilərlər.

Mətbəxi
Bir çox ölkələrdə olduğu kimi, Laosun da mətbəxinə qonşu Taylandın, Kambocanın, Çinin və Vyetnamın təsiri danılmazdır. Bu ölkənin yeməklərində  duz və ədviyyatlardan daha çox, müxtəlif tərkibli souslardan istifadə edilir,  göyərti və tərəvəzlərdən yeyilir, lakin ət və balıq məhsullarına bir o qədər də tələbat yoxdur.


Ardı →

Dəniz məhsullarını sevənlərin yeri | Monako


Monako Knyazlığına 
— bu da elə də böyük dövlət deyil, amma mədəniyyət baxımdan xeyli maraqlı və zəngindir. Monakonun sahəsi 1,96 kvadrat kilometrdir. Bu dövlət dünyada fransızdilli ən kiçik ərazi sayılır.
Monakonun 20 otelində dünyanın müxtəlif dillərində danışan qonaqlara rast gəlmək mümkündür. Monako knyazlığı öz qonaqlarını 7 əsrlik zəngin qəhrəmanlıq hadisələri ilə dolu Qrimaldi ailəsinin tarixi ilə tanış edir. Köhnə şəhər üzərində ucalan knyaz sarayı öz memarlığı və hər gün düz günorta baş verən gözətçi dəyişikliyi ilə məşhudur. Sarayın ətrafında isə digər görməli yerlər var; qeyri-adi akvariuma malik Okeanoqraf muzeyi, həmişə yaşıl Ekzotik bitki bağı, Monte-Karlo kazinosu, Dəniz muzeyi, kino muzeyi, Monako knyazının köhnə avtomobillər kolleksiyası ekspozisiyası və s.
Monakoda Knyaz sarayı çoxəsrlik adət-ənənənin mühafizəkarıdır. Saray 1215-ci ildə Genuya qalasının yerində tikilmişdir. Qışda qara, yayda ağ parad formasına malik karabiner gözətçilərinin növbə dəyişməsi hər gün saat 11:55-də təntənəli surətdə həyata keçirilir.
Mətbəxi
Monako İtaliya və Fransaya yaxın olduğu üçün mətbəxi də bu ölkələrin kulinariya ənənələrinin qarışığından yaranıb. Yəni təkcə bu ölkəyə səyahət etməklə, daha 2 Avropa ölkəsinin mətbəxi ilə də tanış ola biləcəksiniz. Monako vətəndaşlarının ən sevimli yeməkləri sırasına tərəvəzlər, pendirlər, qızardılmış kartofla bifşteks, souslar, raqu, ilbizlər və balıq yeməkləri daxildir. Sakinlərin ən çox içdikləri içkilər isə  şərab və qəhvədir.
 
Monako Aralıq dənizinin sahilində yerləşdiyi üçün yerli restoranların menyularında dəniz məhsullarına üstünlük verilir. Amma bu krallıqda süd və süd məhsulları, o cümlədən pendir elə də məşhur deyil. Lakin monakolular özünəməxsus dada malik pendir hazırlayırlar.

Şampan Monakonun milli içkisi hesab edilir. Ən dəbdəbəli restoranlarda şampanın bir qədəhinin qiyməti 40 evro təşkil edir.
Bir sözlə, əgər istirahətinizi Monako krallığında edəcəksinizsə, qəhvə ilə səhər yeməyinizə başlaya, nahar və şam yeməklərinizi isə balıq yeməkləri ilə edə bilərsiniz.

formaggio.az 
Davamı →

Fin mətbəxi

Finlandiya Avropanın şimalında, Baltik dənizi sahilində yerləşir. Şimalda yerləşməsinə baxmayaraq, turizm ölkəsi hesab edilir. Ölkənin paytaxtı Helsinki  turistlər tərəfindən ən çox ziyarət edilən və sevilən şəhərlərdəndir. Yayda +10, +15 dərəcə istidə çaylar və göllər ətrafında dincəlmək, dünyanın ən təmiz suyu hesab olunan fin sularından içmək insana xüsusi ləzzət verir. Bu aylarda qütb gündüzlərini yaşamaq da insanda xoş ovqat yaradır.


Ardı →

Əfsanə sevənlərin adası | İrlandiya

İrlandiya Avropanın qərbində yerləşir. Respublikanın paytaxtı Dublin şəhəridir. İki rəsmi dili var: irland və ingilis. Ölkənin maraqlı tarixi var. Keçmişlə bağlı əfsanələri sevən insanlar üçün ideal yerdir. İrlandiyada 26 qraflıq var ki, hər birində qəsrlər var. Turistlər bu qəsrlərə baxmaqla yanaşı, nömrə sifariş edib, qala da bilərlər.
Ölkədəki supermarketlər 12:00-dan 18:00-a kimi, kiçik dükanlar isə 07:00-dan 23:00-a kimi fəaliyyət göstərir.
Davamı →

Ebola virusu nədir və insanlar bu virusa necə yoluxur?

EbolaSon zamanlar adı tez-tez duyulan Ebola xəstəliyi və qısa müddət ərzində bir çox ölkəni təsiri altına alaraq ölümcül nəticələrə səbəb olur. Qan və ifrazat yolu ilə insandan insana asanlıqla keçən Ebola virusu ilk olaraq Sudan və Konqo Demokratik Respublikasında aşkarlanmışdır. Dünya Sağlıq Qurumu tərəfindən 4-cü Risk Qrupu Patojen olaraq qəbul edilən virusun indiyənə kimi aşkarlanan 3 əsas növü vardır.

  1.  Ebola Sudan
  2.  Ebola Reston
  3.  Ebola Fildişi Sahili

İp formasında olan virus 80 nm boyundadır və əsasən RNA'dan ibarətdir. İlk öncə insanlarda qanamalı qızdırmaya səbəb olur. Sonrakı mərhələlərdə orqan çatışmamazlığına səbəb olan Ebola virusu ölümə səbəb olan ciddi sağlıq problemidir. Xəstəlik insanlara əsasən meymunlar və meyvə yarasalarıdan keçir, qan və maye ilə yayılır. Hava ilə yayılma halına rast gəlinməmişdir.


Ardı →

Braziliya haqqında maraqlı məlumatlar


Braziliyada heç kəs və heç vaxt vaxtında gəlmir, əgər siz axşam saat 6-da qonaqları dəvət etdinizsə, gözləyin ki, onlar 8-9dan tez olmayaraq yavaş-yavaş yığılmağa başlayacaqlar. Hətta televizorlarda xəbərlər və seriallar 10-15 dəqiqə gec başlanır.

Pulla nağd ödəmək qəbul edilmir, praktik olaraq hər şeydə və həmişə kredit kartlarından istifadə edirlər.

Əgər siz nəğd pulla hesablaşmağa qərar verdinizsə, ona hazır olun ki, dəqiq təslim etməni sizə burada verməyəcəklər.

San-Paulo sakini üçün qorxunc tıxaclar normal şeydir. Hər bir sakinə 11-milyonluq şəhərdə ən azı 3 maşın düşür.

Braziliyalılar Havaianasın (Xavayanas) rezin şap-şaplarında küçədə gəzməyi xoşlayırlar. Hətta bahalı restoranlarda və gecə klublarında da şap-şaplarda olan insanlarla qarşılaşmaq olar.
Ardı →

İtaliya haqqında maraqlı faktlar


1.
İtaliyada 20 region var. Hamısı da çox müxtəlifdilər. Əgər sən bir və ya ikisində olmusansa dəməli sən İtaliyada tam olmamısan.

2. Hər regionunda öz dialekti var. Qonşu regionların sakinləri bir-birini anlamaya bilərlər.

3. Regionlar kommunallara bölünmüşdür. Kommunallar sakinləri həmçinin öz dialektlərinə malik ola və qonşuları anlamaya bilərlər.

4. Siciliyanın, Kalabriyanın və Qazımanın təxminən 80% biznesi mafiyalara vergi ödəyir.

5. İtaliyada uşaq evi yoxdur.
Ardı →

Hesabı xanımların ödədiyi, qıza baxmağın ayıb sayıldığı ölkə

Hər bir xalqın öz adət-ənənələri, yazılmamış həyat qaydaları var. Amma dünyada yapon xalqından daha çox itki verən və qısa vaxtda əvvəlki inkişaf tempinə yüksələn ikinci bir xalq tapmaq çətindir. Gəlin, yaponları daha yaxından tanıyaq və uğurlarının sirrini açaq...

— Bir yaponun sizi evinə dəvət etməsi çox böyük hadisədir, bizim kimi qonaqpərvərlikləri yoxdur. Ailəvi dostlarla restoranda görüşürlər. Yaponun evinə dəvət edilmisinizsə, bu, böyük fəxrdir.

— Nə badə çağırıldığınız evə ayaqqabı ilə girəsiniz. Bu, ev sahibinə hörmətsizlik sayılır. Evə girən kimi qarşınıza Çin Səddi kimi “başmaq ordusu” qoyurlar, birini seçib geyinməlisiniz.
Ardı →