Rio-de-Janeyro

Ümumi məlumat
Rio-de-Janeyro San Pauludan sonra Braziliyanın ən iri şəhəridir, sahəsi 1260 kvadrat kilometrdir. «Valehedici şəhər» adlanan Rionun 13 milyondan çox əhalisi var. Onlar özlərini «karioka» adlandırır. Rio hər kəsin arzusudur. Şəhər çoxsaylı çimərliklər, müasir məhəllələr və tarixi abidələrlə zəngindir. Bundan əlavə, Rionun mərkəzindən bir neçə dəqiqə uzaqlaşdıqda siz tropik meşələrdə olacaqsınız. Şəhərin qeyri-adi aurası insanı cəlb edir, yaşamaq həvəsi oyadır və buranı tərk etmək istəmirsən. Bura, həmçinin təzadlar şəhəridir. Dağın döşündə şəhərin ən kasıb rayonları yerləşir, onlar favella adlanır. Favellalar kiçik dövlətlət hesab olunur və federal hakimiyyət onların işinə qarışmır. Bəzi favellalarda nə xəstəxana, nə məktəb, nə də adi rahatlıq var. Rio-de-Janeyro Braziliya karnavalı ilə məşhurdur. Şəhərdə çoxsaylı sambo məktəbi var ki, onlar hər il şən və rəngarəng karnavallar keçirir. Rionun həyatında idman, əsasən də futbol böyük rol oynayır.

Ardı →

Sevgi şəhərləri

  • Sevgi
Venesiya elə bir yerdir ki, gənc ər dözə bilməyib, hətta ətrafdakılara gülünc görsənməkdən qorxmayaraq mütləq öz sevgilisi qarşısında serenada oxuyacaq. Fevralın 6-dan 16-na kimi Venesiyada artıq doqquz əsrdir ki, hər il karnaval keçirilir. Orta əsrlərdə karnavala sevgi macəraları üçün tələsirdilər, sevgililər üçün isə belə karnavallar heç bir şahid olmadan görüşmək üçün əsl bəhanə idi. Doj Sarayındakı Tribunal və Yeni dustaqxanaları birləşdirmək üçün 16-cı əsrdə tikilmiş Ah-nalə Körpüsü də çox məşhurdur. Hal-hazırda burada sevgililər gəzməyi çox xoşlayırlar. Amma nə vaxtsa dustaqlar sahili yuyan dəniz səthinə sonuncu nəzərlərini tuşlayıb köks ötürərdilər.
Ardı →