Şəkər xəstəliyinin gözlənilməz səbəbi tapıldı

Sent-Luisdəki Vaşinqton Universitetinin alimlərinin araşdırması sübut edir ki, havanın çirklənməsi getdikcə. şəkərli diabetin inkişafına təkan verən faktora çevrilir.

Amerikalı ekspertlərin arqumentlərini Lancet Planetary Health jurnalı dərc edib.
Şəkərli diabet xəstələrinin sayı havanın minimum səviyyədə çirklənməsi ilə də artır.
Uzun müddətdir ki, şəkərli diabet xəstəliyinin artmasında həlledici amilin qidalanma və piylənmə olduğu deyilirdi.


Davamı →

Şəkərin kəskin düşməsi və qalxması

Qlükozanın çatışmazlığı zamanı «hipoqlikemiya» inkişaf edir. Hipoqlikemiyanın ilk simptomları ilə sağlam insanlar da üzləşir.
Vaxtında qida qəbul etmədikdə biz aclıq, baş ağrısı, halsızlıq, başgicəllənməsi hiss edirik. Lakin şəkərli diabet xəstələrində hipoqlikemiya daha ağır keçir və çox ciddi pozulmalara, hətta ölümə səbəb ola bilər.
Şəkərli diabet xəstəsi hipoqlikemiya zamanı bu kimi simptomları hiss edir:

Davamı →

Şəkər xəstəliyinin çarəsi

Filippinli həkimin tapdığı Şəkər xəstəliyini tam sağaldan bu resepti çox sadə və ucuz məhsullarla, cəmi 5 dəqiqədə hazırlaya bilərsiniz.
Şəkər xəstəliyi böyrək, qaraciyər, sinir sistemi və hətta gözlər kimi həyati əhəmiyyətli orqanlara ciddi ziyan vurur.
Fillipində şəkər xəstəliyi üçün təbii dərman axtarışı istiqamətinə fəaliyyət göstərən Dünya şöhrətli mütəxəssis var. Doktor Ceymi Dy-Liacco kimi tanınan bu 82 yaşlı həkim şəkər xəstəliyinə qarşı davamlı dərman axtarır, ömrünün böyük bir hissəsini buna həsr edib.
Davamı →

Şəkərli diabet xəstələri üçün təbii dərman

Şəkərli diabetdən əziyyət çəkənlər daim qanda şəkərin səviyyəsinə nəzarət etməlidir. Bu işdə xəstəyə xüsusi dərman preparatlarının qəbulu, pəhriz və fiziki aktivlik kömək edir.
Bəzi təbii vasitələr də qanda şəkərin səviyyəsini aşağı salmağa kömək edir. Ən güclü belə vasitə adi darçındır.
Elmi araşdırmaların nəticələrinə görə darçın karbohidratların orqanizmdə parçalanmasını ləngidir və bununla da qanda şəkərin səviyyəsini aşağı salmağa yardım edir.
Davamı →

Şəkərli diabet xəstəliyi və onun müalicəsi üsulları

Endokrin sistemin xəstəliyi olub, orqanizmdə tamamilə və ya hissəvi olaraq, insulin hormonunun çatmazlığı ilə əlaqədardır. İnsulin hormonu isə mədəaltı vəz tərəfindən sintez olunur. Şəkərli diabet zamanı karbohidrat, zülal və lipid mübadiləsi kəskin pozulmuş olur. Şəkərli diabet çox rast gəlinən, lakin diaqnostika baxımdan çox «maskalanan» bir xəstəlikdir. Statistikaya görə, dünya əhalisinin 10%-i bu xəstəlikdən əziyyət çəkir. Hər 10-15 ildən bir xəstəliyə tutulanların sayı 2 dəfə artır. Bundan əlavə, 30-35 % pasientlərdə bu gizli şəkildə getdiyindən gec aşkar olunur.


Ardı →

Şəkərli diabet xəstəliyi

şəkər xəstəliyinə yoluxmuş gənc qızŞəkərli diabet endokrin sistemin xəstəliyi olub, tam və ya nisbi insulin çatmamazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur. Diabetdə karbohidratların, zülalların və yağların mübadiləsi pozulur. Diabetli xəstələrin sayı, xüsusi ilə də inkişaf etmiş ölkələrdə durmadan artır. Hesab olunur ki, ölkədən asılı olaraq əhalinin 2-10%-i şəkərli diabetlə xəstədir.
Diabet, xroniki insulin çatışmamazlığından əmələ gəlir. Insulin hormon olub mədəaltı vəzin Langerhans adacıqlarında yaranır. Mədəaltı vəzin insulin hormonu orqanizmdə karbohidrat, zülal və yağ mübadiləsində iştirak edir. Karbohidrad mübadiləsinə insulin, qlükozanın orqanizmin hüceyrələrinə daxil olması ilə, qlükozanın orqanizmdə alternativ sintezini aktivləşdirməklə, qara ciyərdə şəkərin ehtiyatlarını artırması ilə və qlükoqen sintezi ilə tə'sir edir. Eyni zamanda o karbohıdratların parçalanmasının qarşsını alır. Zülal mübadiləsinə insulinin təsiri, zülal, nuklein turşularının sintezini gücləndirməkdən və zülalın parçalanmasını ləngitməkdən ibarətdir. Insulin qlükozanı yağ hüceyrələrinə daxil etməklə yağ tutumlu maddələrin sintezini gücləndirir, hücəyrənin enerji alma prosesini aktivləşdirir ve yağların parçalanmasını ləngidir. Insulinin təsiri altında natrinin hüceyrələrə daxil olması güclənir. Insulinin işinin pozulması onun hazirlanmasının çatışmamazlığı ilə, və yaxud onun toxumalara təsirinin pozulması ilə əmələ gəlir.
Davamı →

Şəkərli diabet

Qan şəkəri ,qlükoza orqanizm üçün lazım olan enerjini tənzimləyir.Ehtiyacdan artıq olan şəkər lazım gəldikdə istifadə edilmək üçün qaraciyər və yağ hüceyrələrində depolanır.Şəkərin orqanizmdə enerji olaraq istifadə olunması üçün insulinə ehtiyac var.İnsulin şəkərin qanda yüksəlməsini tənzimləyən bir hormondur.Mədənin arxasında pankreas adlı orqanın beta hüceyrələrində hazırlanır və qana paylanır.Yeməkdən sonra qan şəkəri yüksəldikdə pankreastakı insulin hazırlayan hüceyrələr xəbərdar olunur və qana insulin verilir.
Ardı →