Çexovun həyatı haqda heç bilmədikləriniz

Çexov və Çar
Çexov heç vaxt çar fərmanlarını oxumazmış, çar haqda filmlərə də baxmazmış, heç çarlar haqda kitabları da əlinə almazmış, bir sözlə çar onu zərrəcə də maraqlı deyildi. Elə çar özü də Çexovu sevməzmiş, nədən ki, Qoqolu oxuyanda gülürsən, Saltıkov-Şedrini oxuyanda yenə gülürsən, düzdür bir az qəzəb də yaranır, Çexovun da yazdıqları adamın üzündə təbəssüm yaradır, amma di gəl ki, onun həqiqətləri insanı elə dərin bir kədərə bürüyür ki, bu dünyadan başını götürüb qaçmaq istəyirsən. Buna görə də Çexovla Çar heç vaxt bir-biri ilə söhbət etməyiblər.

Çexov və xəstə
Günlərin bir günü Çexovun yanına bir xəstə gəlir, başlayır ki, dişim də ağrıyır, qarnım da ağrıyır, başım da ağrıyır, qabırğalarım da ağrıyır, oynaqlarım da ağrıyır, gözlərim qaralır, barmaqlarım isə taqətsizdir. Xəstəyə kömək etməkistəyən Çexov soruşur:
Davamı →

Anton Çexov

Gələcəyin yazıçısı Rusiya İmperiyasının cənubunda sadə ailədə anadan olmuşdu. Onun babası Yeqor Mixayloviç Çexov keçmiş təhkimçi kəndli idi. Beləliklə Anton, onun qardaş və bacıları nəsillərinin təhkimli ailədə doğulmayan ilk azad nümayəndələri idilər.

Sonralar o, məktublarının birində bu haqda belə yazırdı:

“Dvoryan yazıçıların təbiətdən müftə qazandıqlarını raznoçinlər cavanlıqları hesabına əldə edirdilər. Təhkimçi kəndlinin, keçmiş dükançı, gimnazist, tələbə, böyüklərə ehtiram ruhunda böyüdülmüş, keşiş əli öpən, başqalarının fikrinə itaət edən cavan oğlunun öz canından qul xislətini damcı-damcı çıxarmasından və bir gün oyanıb daha damarlarında qul qanı yerinə əsl insan qanı axdığını görməsi barədə bir hekayə yazın.”
Davamı →

Anton Çexov-Rotşildin skripkası

Hörmətli kayzençilər. Çox sevdiyim yazıçı Çexovun ən yaxşı hekayələrindən birini təqdim edirəm.   

 Qəsəbə balaca idi, kənddən də pis idi. Burada, demək olar ki, ancaq qocalar yaşayırdı. Onlar da elə gec ölürdülər ki, adamın buna acığı tuturdu. Həbsxanada və xəstəxanada ki, tabut çox az tələb olunurdu.

Xülasə, işlər xarabdı. Əgər Yakov İvanov quberniya şəhərində tabutçu olsaydı, yəqin ki, onun öz evi olardı və ona Yakov Matveiç deyərdilər. Qəsəbədə isə ona eləcə Yakov deyirdilər. Küçə təxəllüsü də nədənsə Bronza idi. O, kiçik, köhnə bir daxmada, adi kəndi kimi, yoxsul bir həyat keçirirdi. Daxma təkcə bir otaqdan ibarət idi. Otaqda da o özü, Marfa, peç, ikiadamlıq çarpayı, tabut, dəzgah və bütün avadanlıq yerləşmişdi.

   Yakov yaxşı və möhkəm tabut qayırırdı. O, kəndlilərin və meşşanların tabutlarını öz boyuna görə hazırlardı və heç də yanılmazdı, çünki yetmiş yaşı olsa da heç yerdə, hətta həbsxanada da ondan hündür və möhkəm adam yox idi. Kübarlara və qadınlara tabutu ölçüb düzəldirdi, ölçüsü də dəmir arşın idi. Uşaq tabutlarının sifarişini çox könülsüz qəbul edir, onları ölçüsüz və nifrətlə qayırırdı, hər dəfə də bunun üçün pul aldıqda deyirdi:


Ardı →

Anton Çexov

1860-cı ildə üçüncü gildaya aid olan tacirin evində oğlan uşağı dünyaya gələndə heç kim onun Rusiyada, eləcə də dünyada tanınmış yazıçı olacağını güman etmirdi.
Ailə Taqanroqda yaşayırdı. Cavan oğlan gimnaziyaya qəbul olunanda atası onları birdəfəlik tərk edərək Moskvaya gəlir. Sonralar Anton varlı qohumların evinə nahar  etmək üçün getdiyini, aclıq ucbatından dərslərinə mütəmadi gedə bilmədiyini və kasıblığın yaratdığı digər acıları kədərlə xatırlayırdı.
Davamı →

Anton Pavloviç Çexov- “Mərc” hekayəsi

Qaranlıq payız gecəsi idi. Qoca bank sahibi öz iş otağında o başa-bu başa addımlayıb on beş il öncə bir payız günü qonaqlıq verdiyini yada salırdı. Bu məclisə çox ağıllı insanlar, alimlər, müxbirlər toplaşıb maraqlı söhbət edirdilər. Söz ölüm cəzasının üstünə gəlib çıxdı. Qonaqların əksəriyyəti ölüm cəzasına mənfi yanaşırdılar. Onlar bu cəza üsulunu köhnəlmiş, xristian ölkələrinə yaraşmayan və mənəviyyatsızlıq adlandırırdılar. Bəzi məclis iştirakçılarının fikrinə görə, ölüm hökmü hər yerdə ömürlük azadlıqdan məhrum etmə cəzasıyla əvəz edilməli idi.

— Sizinlə razılaşmıram, — deyərək ev sahibi dilləndi. — Nə ölüm cəzasını, nə də ömürlük həbsin dadını bilmirəm, lakin a priori söyləmək mümkünsə, onda, məncə, ölüm cəzası həbsdən daha əxlaqlı və humanistdir. Qətl tez öldürür, ömürlük həbs isə yavaş-yavaş. Bu halda hansı cəllad daha insaflıdır? Sizi bir neçə dəqiqədə öldürən, yoxsa canınızı uzun illər ərzində tədricən alan?

Qonaqlardan biri dedi :

— Hər ikisi eyni dərəcədə mənəviyyatsızlıqdır, çünki hər ikisi də eyni məqsəd daşıyır, həyatdan məhrum etmə. Dövlət allah deyil, istəyəndə qaytara bilməyəcəyi bir şeyi onun almağa haqqı yoxdur.


Ardı →