Nərimanov haqqında bilmədiklərimiz

Müstəqillik illərinə yenidən qədəm basan Azərbaycanda bütün ideallar düzgün tənzimlənmədi, canını millətinə qurban edən bəzi şəxsiyyətlər küçümsündü, Sovetin çörəyini bəh-bəhlə yeyərkən milli qüruru zərrə qədər də narahat olmayan şəxslərin adı bu gün də sonsuz rəğbətlə anılmaqdadır.
Azərbaycan müstəqillik qazanandan sonra cəmiyyət tərəfindən birmənalı qəbul edilməyən şəxsiyyətlərdən biri də yazıçı, həkim, ictimai xadim Nəriman Nərimanovdur.

Davamı →

SSRİ Atatürkün evini niyə bombalamaq istəyirmiş?

SSRİ Dövlət Təhlükəsizlik Komitəsi 1969-cu ildə Atatürkün doğulduğu evi bombalayaraq türk-yunan müharibəsini başlatmaq planı hazırlayıb.
Yunanıstanda polkovniklər xuntasının hakimiyyəti ələ keçirməsindən sonra Türkiyə ilə Yunanıstanın arasını pozaraq NATO-nun şərq qanadını zəiflətməyi düşünən SSRİ-nin “Операция яйцо” (Yumurta əməliyyatı) adlandırdığı plana əsasən, guya Türkiyənin Yunanıstana qarşı mövqeyi ucbatından Afinaya köçmək məcburiyyətində qalan bir yunan (“КГБ” agenti), Afinadan Salonikiyə keçib Atatürkün yunan polisi tərəfindən qorunan evinin qarşısına kiçik çaplı bir bomba yerləşdirəcəkdi. Partlayışın baş verəcəyi ərazinin yanındakı zibil qutusuna da Türkiyədə fəaliyyət göstərən bir rum qəzetinin parçaları qoyulacaqdı.

Davamı →

Atatürk barədə xatirə

Ankarada havanın dumanlı, bezdirici noyabr axşamıydı. Avropada savaş rüzgarları əsməkdə, gənc cumhuriyyət isə hələ də özünü möhkəmləndirmək, böyümək, inkişaf etmək mübarizəsi içərisində, hədəflərinə doğru irəliləmək yolundaydı. 

Mustafa Kamal Ankarada həm məhəllədən, həm də məktəbdən dostu olan Nuri Conkerlə söhbət edirdi. Nuri Conker ölənə qədər Mustafa Kamalın ən yaxın dostu olaraq qalmış, təqaüdçü polkovniklikdən, generallığa qədər heç bir rütbəni qəbul etməmiş, onun yeganə əsl dostu və sirdaşı olmuşdu. 

Mustafa Kamal xəstə olduğunu və artıq ömrünün son günlərini yaşadığını sanki hiss edirdi. Köhnə dostu Mustafa Kamalın dövlət məsələləri, şəxsi sıxıntıları, xəstəliyi ilə boğuşduğunu hiss edir.
Davamı →

Nərimanovun Atatürkə köməyi

1920-ci il may ayının 3-də Mustafa Kamal Paşa Şərq Cəbhəsi komandiri Kazım Qarabəkir Paşaya aşağıdakı məzmunda bir məktub yazır: “Dövlətdə heç pul qalmadı. Ölkə daxilində pul təmin edə biləcəyimiz bir qaynaq yoxdur. Başqa qaynaqlardan pul əldə edənə qədər, Azərbaycan Hökumətindən borc pul alınmasını təşkil etmənizi istəyirəm”.

Kazım Qarabəkir Paşa Atatürkün bu istəyini Azərbaycan hökumətinə bildirir. Bu, Azərbaycan Sovet Sosialist Respublikası ilə Ankara hökuməti arasındakı ilk rəsmi təmas idi. Azərbaycandan Türkiyəyə qardaş əli 1921-ci ildə, Nərimanovun şəxsi əmriylə uzanıb.

Azərbaycanın Xarici İşlər Naziri Mirzə Davud Hüseynov savaşda qazanılan uğurlar münasibətilə göndərdiyi teleqramda “…Qazanılan büyük zəfərlərə görə Türk xalqını Azərbaycan Sovet Sosialist Respublikası adından təbrik edirik” yazıb və bu böyük zəfərin şərəfinə Azərbaycan xalqının yardım üçün 30 sistern neft, 2 sistern benzin, 8 sistern kerosin göndərdiyini bildiririb.
Davamı →

Saxta millətcilərin SAXTA HƏDİSLƏRİ : Atatürk Rəsulzadə haqqında nə demişdir ?

     

Yəqin ki saxta hədislər haqqında eşitmisiniz. Bəzi din lotuları avvam camaatı barmağına dolamaq istəyəndə başlayırlar özlərindən hədis qayırmağa, sonrada bu saxta hədisləri yedirirlər binəva avvam camaata. Siz elə bilməyin ki, belə lotular ancaq şeyxlər, mollalar arasında olur, əsla bu tip lotulara özünü “ millətci”, “ türkcü “ adlandıran əslində isə işləri peşələri böyük millətləri təqlid etmək olan psevdo yəni yalancı millətcilər arasındada rast gəlmək olar. Saxta siyasi hədislər düzüb qoşmaq cox qədim peşədir. Bu metoddan istifadə edən bir cox ülkücü türk ocaqları ilk əvvəl başladılar Atatürkün cıxışlarını, nitqlərini saxtalaşdırmağa. Saxtalaşdırma işinin mexanizmi cox bəsit idi: götürürdülər Atatürkün 15- 20 il əvvəl hansısa cıxışını və bilərəkdən cıxışın icinə bir necə saxda cümlə “calaq” edirdilər və bu saxta hədisləri başlayırdılar hər yerdə, özlərinə məxsus dərgilərdə, qəzetlərdə təbliğ etməyə. 


Ardı →

Buludlarla yarışan türk qızı

Millət vəkili Qənirə Paşayeva "Tarixə adını yazan Qadınlar" silsiləsini yazır

O, dünyanın ilk qadın savaş pilotu olub!

O, ilk türk qadın pilot kimi adını tarixə yazıb.

O, «Dünya tarixinə adını yazdıran 20 aviator»dan biridir!

O, Mustafa Kamal Atatürkün səkkiz mənəvi övladından biriydi!

Böyük Atatürkün mənəvi övladı olan Səbihə Gökçəni görmək və söhbət etmək mənə də qismət olmuşdu. Həddindən artıq maraqlı bir qadın idi. Amma onunla istədiyim qədər söhbət edə bilməmişdim. Bir gün acı bir xəbər eşitdik. Atatürkün mənəvi qızı, dünyanın ilk qadın savaş pilotu olan Səbihə Gökçən dülnyasını dəyişmişdi. Dünyadan çox maraqlı bir qadın, maraqlı bir tarix köçmüşdü. Amma köçən cismi idi, onun adı hələ bundan sonra da yüzillərlə unudulmayacaq.
Ardı →

Türkiyənin 11 cümhurbaşqanı

Mustafa Kamal Atatürk 1881-ci ildə Yunanıstanın Selanik şəhərində anadan olub. Atası Əlirza bəy, anası Zibeydə xanımdır. İbtidai və orta təhsilini Selanikdə almış, 1899-cu ildə Hərbiyyə məktəbinə daxil olmuş, 1902-ci ildə oranı bitirmişdir. Polkovnik rütbəsi ilə Çanaqqala savaşlarına qatılmış, 1916-cı ildə general rütbəsi ilə təltif olunmuş, Diyarbəkir Cəbhədindəki 16-cı briqadanın komandanlığına gətirilmişdir. 1918-ci il noyabrın 7-də Osmanlı padşahı tərəfindən geri çağrılmış və 1919-cu il aprelin 30-da Ərzurumda yerləşən 9-cu ordu müfəttişliyinə təyin olunmuşdur.
Ardı →

Türkiyə Respublikasının yaranması

Birinci Dünya müharibəsinin nəticələri Osmanlı imperiyası üçün daha fəlakətli olmuşdu. O, müharibə nəticəsində dağılmış imperiyalardan biri oldu. Onun torpaqları pay-püşk edildi. Müharibədə qalib çıxan Antanta dövlətləri, xüsusən İngiltərə, Fransa, İtaliya və Yunanıstan Türkiyəni bir dövlət kimi ləğv etmək niyyətində idilər. İzmir və onun ətraf rayonları «bəxşiş» olaraq Yunanıstana verildi. 1919-cu ilin aprelinə kimi ingilis qoşunları Kilikiyanı, fransızlarla birlikdə isə Şərqi Frakiya və Qara dəniz boğazları bölgəsini işğal etdilər.
Türkiyə qarşısında "ölüm" ya «olum» məsələsi durmuşdu. Belə bir şəraitdə türk xalqı öz dövlətçiliyini qoruyub saxlamaq uğrunda milli-azadlıq hərəkatına başladı. Ona gənc zabit Mustafa Kamal Paşa (1881 — 1938) rəhbərlik edirdi.
Davamı →