Barbinin uğur tarixcəsi

Oyuncaqlar arasında dünyada ən populyar olan “Barbi” gəlinciyidir.

Təsəvvür edin, hər saniyə dünyanın hər hansı bir yerində bu gəlinciklərdən yüzlərlə satılır. Belə bir göstərici yalnız və yalnız “Barbi”yə məxsusdur. Bu gəlinciklərin satışa çıxarıldığı ilk günlərdən indiyədək milyardlarla alışısı olmuşdur.

  Bəs gəlinciyə “Barbi” adı nə üçün verilmişdir?  Barbi – bu gəlinciyin  yaradıcısı olan Rut Hendlerin qızı Barbaranın adıdır. Rut Hendler sevimli qızı Barbaranı Barbi deyə çağırarmış və düzəltdiyi gəlinciyə də qızının adını verir.

  Gəlincik ilk dəfə 9 mart 1959-cu ildə Nyu-Yorkda keçirilən “Uşaq malları və oyuncaqları” sərgisində nümayiş etdirilmişdir. İlk dəfə sərgidə nümayiş etdirilərkən, satıcılar bu gəlinciyin satılacağına şübhə ilə yanaşırdılar.

Amma elə ilk günlərlərdən başlayaraq bu qəribə görünüşlü (nə körpəyə, nə də uşağa bənzəyən, daha çox gənc qıza oxşayan) oyuncaq haqqında bütün qəzetlər yazmağa başladı. Bir həftə içərisində bu gəlincik o qədər populyarlaşdı ki, gəlincik satılan mağazaların qarşısındakı növbələrin ucu-bucağı görsənmirdi. Elə ilk günlərdən gəlinciyin satışı rekordlar qırmağa başladı.

  Belə bir sual ortaya çıxır ki, bu gəlinciyin yaradıcısının haradan belə bir oyuncaq düzəltmək ağlına gəlib? Bu cür gəlinciyə Rut Hendler ilk dəfə kişilər üçün nəzərdə tutulmuş seks-şopda rast gəlibmiş. Belə ki, Rut Hendler İsveçrəni səyahət edərkən, böyüklər üçün (əsasəndə, kişilər üçün) nəzərdə tutulmuş mağazaların birində vitrinə qoyulmuş qeyri-adi bir gəlinciyə rast gəlir. “Lilli” adlı bu gəlinciyin çox nazik beli və çox iri sinəsi vardı.


Ardı →