Bertran Rasselin müsahibəsi

Britaniyalı filosof, tarixçi-yazar, sosial tənqidçi, siyasətçi Bertran Artur Uilyam Rassel 1872-ci ildə Monmausshayerdə dövrün tanınmış zadəgan ailələrindən birinin övladı olaraq dünyaya göz açıb. Yaşadığı məhəbbət macəraları, sosial yüklü məqalələri, siyasi çıxışları və fəlsəfi fikirləri ilə uzun illər cəmiyyətin ən çox müzakirə olunan simalarından biri kimi yaddaşlarda iz qoyan Rassel "İfadə etmək haqqında” («On denoting”), „Riyaziyyatın qaydaları” (“The principles of mathematics”), „Rassel paradoksu” (“Russell’s paradox”), „Qərb fəlsəfəsi haqqında hekayət” (“A history of Western philosophy”), „Müharibə illərində ədalət”in (“Justice in war-time”) müəllifi kimi tanınır. 1950-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş ədib 1970-ci ildə Birləşmiş Krallıqda dünyasını dəyişib.

– Cənab Rassel, „tabu əxlaqı” ifadəsi altında nəyi nəzərdə tutursunuz?
– Bu anlayış vasitəsilə çatdırmaq istədiyim, məğzini açmağa çalışdığım əxlaq daha çox “olmazlar”la bağlı saysız-hesabsız, bitib-tükənməz qaydalar müəyyənləşdirmiş, lakin bu qadağa və qaydaların səbəblərini və məntiqi hökmlərini göstərə bilməyən əxlaqdır. Bu qadağaların çoxunun səbəblərini ömür boyu bilməzsiniz, bəzilərininkini bilsəniz də nəticə dəyişməz. Çünki bu qaydalar bütün zamanlar üçün mütləq hesab edilir və onların „etmə” dediyi şeyləri etməmək məcburiyyətinə boyun əyirsiniz.
Davamı →

Bertran Rasselə görə aqnostisizm nədir?

“Əslində son günlərdə baş vermiş hadisələrə görə, o qədər də xoşhal deyildim. Ancaq idarəyə çatanda sözün əsl mənasında nəşələnmişdim.

Orada anketimi dolduran növbətçi gizir dini inancımı soruşdu. Sualı soyuqdan uyuşmuş səs tellərimin ciyiltili tembriylə cavabladım: 
— Aqnostikəm.

Öncə nəsə yazmaq istədi, amma yazmağı dayandırıb qələmi vərəqdən çəkmədən başını qaldırdı:
— Mm… Bu söz necə yazılır? Əslində bilirsinizmi, bütün bu dinlər, elə sizin inandığınız da, hamısı sadəcə bir tanrıya “xidmət edir”.

Bu hadisə həbsxana günlərimdə və sonrakı həyatımda məni daimi nəşəli saxladı…” 
Bertran Rassel avtobioqrafiyasını yazarkən ilk dəfə həbs olunduğu zamanın xatirələrini bu cümlələrlə ifadə edib.
Davamı →

Bertran Rassel: Paxıllıq

Özünü bədbəxt hiss etməyin ən böyük səbəblərindən biri də paxıllıq duyğusudur. Düşünürəm ki, paxıllıq ən yayğın və kökü dərinlərdə yatan duyğudur. Tərbiyəçilər, bir yaşı olmamış uşaqlarda belə aydın şəkildə müşahidə edilən bu duyğunun təzahürlərinə qarşı diqqətli davranmalıdılar. İki uşaqdan birinə daha artıq qayğı göstərmək, anında digərinin diqqətini cəlb edə və onun əzab çəkməsinə səbəb ola bilər. Uşaqlarla münasibətdə olan hər kəs, onlar arasında hər hansı bir nəsnəni bölüşdürərkən adil davranmağa çalışmalıdır. Ancaq uşaqlar hiss etdikləri qısqanclığı (ki bu da paxıllığın bir növüdür) dilə gətirməkdə böyüklər qədər açıqürəkli olmur.

Bu duyğu uşaqlar qədər yetkin insanlar arasında da yayğındır. Məsələn, qadın xidmətçilərə baxaq: Heç vaxt unutmaram, evli xidmətçimizə hamilə olduğu üçün ağır əşyalara güc vurmamasını söyləmişdik, bunu görən digər xidmətçilər də ağır əşyaları qaldırmaqdan boyun qaçırmağa başladılar və nəticədə bu cür işləri özümüz həyata keçirməyə məcbur qaldıq. Paxıllıq həm də demokratiyanın təməlidir.
Davamı →

Sərt əxlaqi normalar fahişəliyi çoxaldır

Haçanacan namuslu olmaq yalnız qadın üçün ən önəmli bir dəyər sayılacaqsa, o çağacan da toplumun bir başında yerini bərkitmiş evliliyə qarşı, toplumun o biri başında elə bu evliliyin əkiz tayı sayıla biləcək bir adət də özünə yer eləyəcəkdir, onun adı fahişəlikdir.

Elə bilirəm, Lekkinin (William Edward Hartpole Lecky) bəlli kitabındakı bu sözləri çoxları oxumuşdur: “Fahişəlik olmasaydı, nə bizim ailələrimiz müqəddəs sayılardı, nə də xanımlarımızla qızlarımız məsum olardılar”.

Belə sözləri ancaq viktoriançı (İngiltərədə kraliça Viktoriyanın hakimiyyəti illərindəki sərt əxlaqi normalar dövrü) bir adam yaza bilərdi, ancaq burası da var, onun bu dediklərini danmaq da çox çətindir. 
Davamı →

Sevginin insan yaşamında tutduğu yer

Sevgi, özünün bitkin sayıla biləcək anlamında, yalnız elə iki kimlik arasında baş verən cinsi ilişkilər kimi anlaşılmamalıdır, düzdür, sevgi insanlar arasında cinsi ilişkilərin yaranmasına gətirib çıxarır, ancaq bu ilişkilərin gerçəkləşməsi, sevənlərin çox yüksək bir emosional coşqunluq halında, özü də onların həm psixoloji, həm də fizioloji durumlarına, sözün yaxşı anlamında, təsir göstərərək baş verir. Bu emosional coşqunluqlar isə, haracan desən yüksələ də bilər. Ancaq burası da vardır, “Tristan və İzolda”1 kimi əsərlərin örnəyindən gördüyümüz bu yüksək coşqunluq, indiyə kimi biri-birini sevmiş sayı bilinməz kişilərlə qadınların yaşamında uyğunsuzluq doğurmamış, onlar arasında heç bir anlaşılmazlıq yaratmamışdır.

Bu emeosional coşqunluğu, bədii formalarla yetərincə açıqlaya bilməyin örnəkləri çox azdır, ancaq bu duyğunun özünün baş verməsi, ən azından Avropada, gözəçarpacaq qədər çoxdur. Bir sözlə, sevginin bir toplumda, başqa birisindən daha çox gözə dəyməsi, məncə, heç də əxlaqi özəlliklərlə yox, ən çox ənənələrlə, bir də ictimai quruluşlarla bağlıdır.
Davamı →

Yaxşı insanların etdikləri pisliklər

1.
Yüz il əvvəl hamının çox pis insan kimi tanıdığı Ceremi Bentam adlı bir filosof yaşayıb. Uşaq olanda onun adını ilk dəfə eşitdiyim anı heç vaxt unutmamışam. Bu, Bentamın insanların ölmüş nənələrindən şorba bişirmələri lazımlığını iddia etdiyi barədə müqəddəs ata Sidney Smitin sözlərini eşitdiyim an idi. Belə bir şey, mənə aşpazlıq yönündən olduğu kimi, əxlaq baxımından da dadsız görünmüşdü. Buna görə Bentam haqqında pis fikirdə idim. Bu sözlərin, hörmətli insanların xeyirxahlıq uğrunda deməyə vərdiş etdikləri məsuliyyətsiz yalanlardan biri olduğunu sonralar başa düşdüm. Bundan başqa, Bentama qarşı həqiqi ittihamın nə olduğunu da anladım. Təqribən belə bir şey idi:

O, «yaxşı» insanı yaxşılıq edən insanla eyniləşdirmişdi. Ağlı başında olan bir oxucunun dərhal başa düşəcəyi kimi, bu eyniləşdirmə həqiqi əxlaq prinsiplərini alt-üst edən fikir idi. “Yaxşılıq ondan faydalanan insana duyulan sevgidən qaynaqlanırsa, deməli xeyirxahlıq naminə edilməyib, yox əgər əxlaq prinsiplərindən qaynaqlanırsa, deməli xeyirxahlıq naminə edilib” deyən Kantın düşüncəsi daha alidir. Eyni qaydalar, təbii ki, əks istiqamətdə, qəddar davranışlara da yol aça bilər. Xeyirxah olmağın mükafatının xeyirxahlığın özü olduğunu bilirik. Bundan yəqin bu nəticə çıxır ki, ona dözmək də onun cəzasını meydana gətirir. Bu səbəbdən Kant, Bentamdan daha ali bir moralistdir və xeyirxahlığı xeyirxahlıq olduğu üçün sevdiyini söyləyən hamı onun tərəfini saxlayır.
Davamı →

Bertran Rassel: Din

İnsanlarda din ehtiyacını yaradan, hər şeydən əvvəl qorxudur. İnsan özünü gücsüz hiss edər. Onu qorxudan üç şey vardır. Biri, təbiətin ona edə biləcəyi şey: Onu ildırım vura bilər və ya bir zəlzələ ilə yox ola bilər. O biri, başqa insanların ona edə biləcəyi şeylər: Bir döyüşdə onu öldürə bilərlər. Üçüncüsü, ki dinlə daha çox əlaqədardır, insanın öz ehtiraslarının ona etdirəcəyi şey; durğun bir zamanında, etdiyinə peşman olacağı şeylər. Buna görə bir çox insan böyük bir qorxu içində yaşayır. Din də bu qorxulara daha çox təslim olmasına yardım edər.

Dinin çox böyük pis təsirləri olmuşdur; çünki dinin əmri ilə insanlar, varlığı tam sübut edilməmiş şeylərə inanmaq məcburiyyətində qalmışlar və bu, hər kəsin düşüncəsini və tərbiyə sistemlərini pozmuş və tam bir əxlaq azğınlığına yol açmışdır. Nəyin doğru, nəyin səhv olduğu üzərində durmadan, araşdırmadan bəzi şeylərə inanmaq doğru, bəzi şeylərə inanmaq isə səhv sayılmışdır. Din, mühafizəkarlığı və köhnə vərdişlərə bağlılığı Allah buyruğu halına gətirməklə böyük ölçüdə zərərli olmuşdur; insanlar arasında tolerantsızlığı və kinləri ucaldıb bəsləməklə daha da zərərli olmuşdur.
Davamı →

Bertran Rassel aforizmləri

Bertran RasselHəyat, kimin ovçu, kimin şikar olacağını müəyyənləşdirən yarışdan başqa bir şey deyildir.

Əgər bir nəfərə onun inanmaq istədiklərinin əksinə bir həqiqət desən, o sənin dediklərini araşdıracaq, əgər əsaslı dəlilin yoxdursa, sənə inanmaq istəməyəcək.Yox əgər ona inanmaq istədiklərinə uyğun bir şey desən, heç bir dəlil-sübütsuz sənə inanacaqdır. Bütün inancların əsasını bu təşkil edir.

Çox az insan başqa insanlara, millətlərə, fərqli fikirlərə nifrət etmədən xoşbəxt ola bilər.

Anlaya bilmirəm, xeyirxah olan bir Tanrı, yaratdıqlarını əbədi cəhənnəmə necə məhkum edə bilər?

Buna görə də çoxluğun bir fikrə inanması, bu fikrin doğru olduğuna dəlalət etməz. Bəşəriyyətin əksər hissəsi cahil olduğundan hamı tərəfindən qəbul edilən bir fikrin yanlış olmaq ehtimalı daha çoxdur.

Kölə o şəxsdir ki, o, zamana, taleyə və ölümə ibadət edir. Çünki bunlar, o şəxsin öz daxilində tapdıqlarından daha böyük məvhumlardır. O kölənin fərdi düşüncələri bu fikirlər qarşısında məhv olmuşdur.
Ardı →