Tolstoy Şekspiri niyə məğlub edə bilmədi?

Ötən həftə incəsənətlə təbliğatı biri-birindən ayırmağın, az qala, mümkün olmadığından danışmış və bunu da qeyd etmişdim ki, “sırf” bədii dəyərləndirmə, zəruri şəkildə, əxlaqi, siyasi və ya dini baxışlarla asılılıqdan doğulan qənaətlərlə qarışmalı olur. Son on ildəki kimi fəlakətli dövrlərdə, bu cür dərin və çox vaxt şüurlu şəkildə dərk edilməyən asılılıqlar, bu və ya başqa formada, konkret şüurlu fəaliyyətə yönəlir.

Tənqidçilər, indi çox vaxt, zahiri tərəfsizlik görüntüsü yaradaraq, daha çox müəyyən konkret mövqe tutmağa yönəlirlər. Ancaq buradan belə bir nəticə çıxarmağa dəyməz ki, guya bədii dəyərləndirmə deyilən bir hadisə ümumiyyətlə mövcud deyil və istənilən incəsənət əsəri, sadəcə və sadəcə, siyasi traktatdır və onu buna uyğun olaraq dəyərləndirmək tələb edilir. Əgər biz bu cür mühakimə yürütsək, onda dalana dirənəcək və incəsənətin çoxlu sayda böyük və aydın faktlarını izah edə bilməyəcəyik. Əyani misal olaraq mən, əxlaqi və qeyri-estetik, daha dəqiq desək, antiestetik tənqidi nümunələrin tarixindən ən böyük bir hadisəyə diqqət yetirməyi təklif edirəm – bu, Tolstoyun Şekspir haqqında məqaləsidir.
Davamı →

Mərakeş | Corc Oruel

Meyiti restoranın yanından apararkən bir topa milçək masadan uzaqlaşıb, onun arxasınca uçdu, ancaq çox keçmədən geri qayıtdı.


Yas tutan kiçik kütlə — kişilər və oğlan uşaqları, qadınlar yox idi — bir tərəfdən nar piştaxtaları, digər tərəfdənsə taksi və dəvələrlə əhatələnən bazar meydanının içindən keçərkən eyni kədərli mahnını təkrarlayırdılar. Milçəkləri cəlb edən o idi ki, meyiti tabuta qoymurlar, əskiyə bürüyüb kobud taxta xərəyin köməyilə dörd dostunun çiyinlərində aparırlar. Dostlar qəbiristanlığa çatanda iki fut dərinliyində uzununa çuxur qazır, cəsədi ora uzadır və kərpic qırıntılarını xatırladan quru torpaqla üzərini örtürlər. Burada nə başdaşı, nə ad, nə də şəxsin kimliyini bildirən hər hansı işarə var. Qəbiristanlıq — nəhəng, boş bataqlıqdır, sanki atılmış tikinti  meydanıdır. Bir neçə ay sonra hətta yaxınlarının harada basdırıldığını belə, tapmaq olmur.
Davamı →

Mən niyə yazıram? | Corc Oruel

Corc OruelLap uşaq vaxtlarımdan, gərək ki, beş ya altı yaşımdan bilirdim ki, böyüyəndə yazıçı olmalıyam. On yeddi iyirmi-dörd yaşlarımda əsl təbiətimi sıxışdırdığımı, gec-tez yazmalı olduğumu bilə-bilə bu fikri başımdan atmağa çalışdım.

Üç uşaqlı ailənin ortancıl övladı idim, bacılarımla aramızda beş yaş fərq var idi, səkkiz yaşına qədər atamı gec-gec görürdüm. Bu və digər səbəblərdən bir qədər tənha uşaq idim, qaraqabaq xasiyyətim tezliklə məni sinif yoldaşlarım arasında arzuolunmaz adama çevirdi. Bütün tənha uşaqlar kimi hekayələr uydurub, xəyali qəhrəmanlarla söhbət etməyə adət etmişdim. Məncə ədəbiyyat ehtirasım lap əvvəldən təcrid olunmağın və dəyərsiz hesab edilməyin yaratdığı hisslərlə yoğurulmuşdu. Bilirdim ki, sözlərdən ustalıqla istifadə edə bilirəm, xoşagəlməz faktlarla üz-üzə dayanmağa gücüm çatır. Hiss edirdim ki, gizli bir dünya yaradıb gündəlik həyatımdakı uğursuzluqların əvəzini çıxa bilərəm. Buna baxmayaraq uşaqlıq və yeniyetməlik illərimdə ərsəyə gətirdiyim ciddi yazı nümunələrinin həcmi heç altı səhifə də deyildi.


Ardı →