Diorun dəbli sitatları

Bu fransız moda dahisinin adı əbədi olaraq dəb tarixinə öz möhürünü vurub. Christian Dior yaratdığı unikal modellərlə geyim yaradılması prosesini incəsənət səviyyəsinə qaldırmış, dəb sahəsində kiçik inqilab etmiş, qadınlara eleqantlıq bəxş etmiş və dünyaya bir növ tərz vermişdir. Onun dünyaya bəxş etdiyi bu zövqlü tərz bu günə qədər qorunub saxlanıb. Aşağıda bu istedadlı şəxsin daxili dünyasını kəşf etməyə imkan verən ən məşhur sitatlarını təqdim edirik: 
 
Özü haqqında
  • Mən burjuaziya ailəsində doğulmuşam və bununla qürur duyuram. Uşaq vaxtı yaşadığım ev dəhşətli dərəcədə pis vəziyyətdə idi, lakin bu ev haqqında xatirələrim o qədər incə və möhtəşəmdir ki… Mən öz həyatımı və tərzimi həmin evin quruluşuna və formasına borcluyam. Evimiz boz çalarlara sahib açıq çəhrayı rəngə boyanmışdı və mən yeni tendensiyalar yaradan zaman məhz həmin rənglərin uyğunluğundan istifadə edirəm.

Davamı →

Dior yaradıcılığının 6 şah əsəri

New Look cərəyanı
I və II Dünya müharibə dövrlərində yaşanan kasıbçılığa, qıtlığa görə paltarlar sadələşmiş və get-gedə kobudlaşmışdı. Ancaq müharibə bitdikdən sonra onun modaya təsiri də azaldı, beləcə, nazlı-qəmzəli görünməyə can atan qadınlar üçün incə geyimlər istehsal olunmağa başladı. 5 illik Dünya müharibəsindən sonra 1947-ci ildə Kristian Dior dəb tarixinə qızıl hərflərlə yazılan «New Look” silueti yaradır. Şübhəsiz, dizayner öz ixtirası ilə dünya dəbinə böyük töhfə verib. Qadını qum saatına bənzədən bu cərəyanın adını Dior özü fikirləşməyib. Bu ad tanınmış amerikalı jurnalist və redaktor Kermel Snouya aiddir. O, Diorun ilk kolleksiyası barədə yazdığı resenziyada dizaynerin yeni kəşfini „New Look” adlandırmışdı.

Kristian Diorun yeni dəb cərəyanı ilk dəfə 1947-ci il fevralın 12-də “Carolle Line» dəfiləsində nümayiş olunub. Onun 1947-ci ildə ilk dəfə nümayiş olunan kolleksiyası Diora böyük uğur qazandırmışdı. Müharibədən sonra hamının əsgər obrazında görməyə alışdığı qadınların enli ətəklərdən istifadə etməsi cəmiyyətdə əsl rezonans doğurmuşdu. Onun ilk kolleksiyasına daxil olan ətəklərdə əsas diqqətçəkən məqam büzülmüş incə bel, kiçik çiyinlər, düz və həddindən artıq enli ətəklər idi. Yoxsulluq və qadağalar içərisində yaşamaqdan bezən cazibədar parisli xanımlar bu kolleksiyanı böyük məmnuniyyətlə qəbul edirdilər.
Davamı →

Arzum qadınları vəhşi təbiətdən xilas etməkdir

Hər yeyilən bir tikə iki dəqiqə ağızda, iki saat qarında və 2 ay ombalarda qalır.

Əgər sizin ayaqlarınız əyridirsə, onda dərin sinə dekoltesi geyinin.

Qadınların cazibəsi və zərifliyi 35 və 40 yaşında zirvədə olur. Çox az qadın 40 yaşını keçir, lakin cəlbediciliyinin zirvəsi əbədi davam edə bilər.

Əsl qadın zərərverici və şıltaq olmalıdır. Arzum qadınları vəhşi təbiətdən xilas etməkdir.

Ətir qadın barədə onun üslubundan daha çox danışır.
Davamı →

Kristian Dior- Miss Dior ətri

Kristian Dior 1947-ci ildə sonralar bütün dünyada  tanınan və sevilən ətirlərdən biri olan özünün  ilk Miss Dior ətrini buraxıb.

Kuturye ətri sevimli bacısı Ketrinə həsr etmışdi. Ətrin yaradılmasını isə Jan Karlyu və Pol Vaşe etibar edilmışdır.  

Miss Dior ətri  2005-ci ildə  Lili Donaldson təmsilçiliyi ilə Kristian Diorun anadan olmasının yüz illiyinə yənidən istehsal edildi.

  

Kristian Dior (Christan Dior)

1940-cı illərin sonları və 1950-ci illərin əvvəllərinin ən qüdrətli və nüfuzlu modelyeri Kristian Dior (1905-1957) müharibədən sonrakı illərdə modanın yeni erasını açmaqla yanaşı, həm də adını tarixə modanın tacsız şahı kimi yazdırdı. Dior bu modanı biznes sahəsi kimi inkişaf etdirmək üçün onun yeni modelini yaratdı. O, bir neçə məhsulu bir brend altında birləşdirərək tarixdə ilk moda imperiyasının əsasını qoydu.


Ardı →

Christian Dior

Christian Dior 1905-cil il yanvarın 21-i normandın balaca Qarnvil şəhərciyində anadan olmuşdur.1911 ci ildə isə o ailəsi ilə birlikdə Parisə köçmüşdür.Diorun valideynləri çox imkanlı insanlar idi.Baxmayaraq ki,o 5 uşağın ikincisi idi,onun heç nəyə ehtiyacı yox idi.O ilk təhsilini evdə almışdır.Sonra isə valideynlərinin təkidi ilə diplomatik karyera qurmaq üçün hazırlaşmağa başlamışdır.
Ardı →