Luvrla 3 əsr

Tarixdə bir çox yollarnan iz qoymaq mümkündü. Kimi saraylar tikir, kimi onları sökür. Paris komunnasının inqilabçılarl olmasaydı, dünyanın ən məşhur muzeyi başqa cür görünərdi.

XVII əsr

XVI əsrə kimi Luvrun yerində əvvəl qala, sonra imarət olmuşdu. 1527ci ildə burda sarayın inşaasına başlanır. 37 ildən sonra isə Ekatirina Mediçanın əmri ilə yeni saray- Tyuiliri tikilir.(Luvrun pəncərələrindən mənzərə bu saraya açılır). Saray öz adını yerli çini material hazırlanan yerin adından götürmüşdü(tuile-çini). 1610cu ildə Sena boyunca Tyuilirinin cənub qanadını və Luvru birləşdirən yalnız bir qalera tikilmişdi. İki binanın bir qapalı kompleksə çevrilməsi haqqda memarlar iki yüz ilə qədər düşünmüşdülər.


Ardı →

Luvr muzeyi

Luvr dünyanın ən məşhur muzeylərindən biridir. Muzey 1793-cü ildə açılıb. Həmin il Fransa burjua inqilabının nəticəsi olaraq Burbonlar sülaləsindən kral XVI Lüdoviq devirilərək edam edilib. Kralın Parisdəki gözəgəlimli saray binalarından birində muzey təşkil olunması barədə qərar verilib. Luvr sarayının binası XII əsrdə inşa edilib. Bir müddət qala və həbsxana kimi istifadə olunub. XV- XVI əsrlərdən etibarən Fransa krallarının nadir incəsənət kolleksiyalarının saxlanc yerinə çevrilir.


Ardı →