ABŞ-da köləliyi tarixə gömən Martin Lüter Kinq

90 il əvvəl – 15 yanvar 1929-cu ildə ABŞ-da qaradərililərin haqları uğrunda mübarizə aparan Martin Lüter Kinq dünyaya gəlib. Onun parlaq fikirləri, 1963-cü ildəki “Mənim arzum var” çıxışı o vaxt milyonlarla insanı ayrıseçkilik yaradan mövcud qanunları dəyişməyə ruhlandırmışdı.
“…Hər kəsə bəlli etməliyik ki, bütün insanlar bərabərdir. Arzu edirəm ki, mənim dörd övladım bir gün elə bir ölkədə yaşasın ki, orda onlar dərisinin rənginə görə deyil, insani xüsusiyyətlərinə görə mühakimə olunsunlar! Arzum budur ki, irqçiliyin dəhşətli dərəcədə yayıldığı Alabama ştatında bir gün ağdərili və qaradərili oğlan və qızlar əl-ələ verərək bacı-qardaş kimi gəzsinlər! Arzu edirəm ki, bir gün dərələr böyüsün, dağ və təpələr ensin, kələ-kötür yerlər hamarlansın, əyri-üyrü yollar düzəldilsin, Tanrı gözəlliyi zühur etsin və hər kəs buna şahid olsun! Biz buna ümid edirik və mən elə bu inamla Cənuba dönürəm. Bu inam bizi birgə çalışmağa, birgə ibadət eləməyə, birgə mübarizə aparmağa, məhbəsə birgə düşməyə, bir gün azad olacağımızı bilərək azadlıq üçün birgə çarpışmağımıza kömək edəcək…”, – deyə Martin Lüter Kinq demişdi.
Onun bu çıxışı ABŞ Natiqlik Sənəti Birliyi tərəfindən 20-ci əsrin ən yaxşı çıxışı seçilmidi…

Davamı →

Bir xəyalım var | Martin Lüter Kinq

1963-cü ilin 28 Avqustunda Martin Lüter Kinqin 300 min insan qarşısında söyədiyi «Bir xəyalım var» nitqi, tarixin ən təsirli nitqləri arasındadır.

Ölkəmizin tarixində azadlıqlarla əlaqədar təşkil edilmiş olan bu ən böyük nümayişdə, bu anda aranızda olmaqdan qürur duyuram.

Bundan bir əsr qədər əvvəl, bu an mənəvi himayəsində olduğumuz Böyük Amerikada, Azadlıq Bəyannaməsi imzalanmışdı. Bu tarixi sənəd, əsarət zənciri altında yaşamış və ədalətsizlik atəşiylə yanıb qovrulmuş milyonlarla zənci üçün, uzun və zülmət qaranlıq əsarət gecələrini sona çatdıracaq bir ümid işığı halına gəlmişdi. Ancaq çox təəssüf ki, bundan 100 il sonra belə, qaralar hələ azad deyil və həyatlarını irqçiliyin və ayrı-seçkilikçiliyin qandallarına məhkum olaraq, sürünərək keçirirlər.
Davamı →

Dünyadakı hər şey ümidlə qurulub

İnsanın uğrunda ölə biləcəyi bir şeyi yoxdursa, yaşamağa haqqı da yoxdur.

Birlikdə qardaş kimi yaşamağı öyrənməliyik, yoxsa birlikdə axmaq kimi öləcəyik.

Quş kimi uçmağı, balıq kimi üzməyi öyrəndik, amma qardaşcasına yaşamağı öyrənə bilmədik.

İnsanlar ümumilikdə bir-birlərinə nifrət edirlər. Çünki bir-birlərindən qorxurlar, bir-birlərindən qorxurlar, çünki ünsiyyət qurmurlar, ünsiyyət qurmurlar, çünki təbəqələrə bölünüblər.

Faciə — pis insanların vəhşiliyi deyil, yaxşı insanların səssizliyidir.


Ardı →