Sərçə | Turgenyev

Mən ovdan qayıdır, bağın xiyabanı ilə gedirdim. İt qabaqda qaçırdı.

Birdən o, addımlarını yavaşladı və quş duymuş kimi yerə yatıb gizlincə irəli yeriməyə başladı.
Xiyabanı diqqətlə süzüb, dimdiyinin yanında sarılıq və başında pərqu olan körpə bir sərçə gördüm. Yuvadan düşmüşdü (külək xiyabanın toz ağaclarını bərk yırğalayırdı), təzəcə çıxan qanadlarını aciz halda açaraq hərəkətsiz oturmuşdu.

İtim yavaş-yavaş ona yaxınlaşırdı. Birdən qara döşlü qoca sərçə yaxındakı ağacdan daş kimi qopub düz itin qabağına düşdü və tükləri pırtlaşmış, eybəcərləşmiş bir halda, ümidsizcəsinə və yazıq-yazıq civildəyə-civildəyə iki dəfə itin iri dişli açıq ağzına tərəf atıldı.
Ardı →

Mənim ağaclarım | Turgenyev

Varlı mülkədar, zadəgan olan keçmiş universitet yoldaşımdan məktub aldım. O, məni öz malikanəsinə dəvət edirdi.
Bilirdim ki, o, xeyli vaxtdır xəstədir, gözləri tutulmuş, iflic olmuşdu, zorla yeriyirdi… Yanına getdim.

Onu böyük parkın xiyabanlarından birində tapdım. Yay olduğuna baxmayaraq kürkə bürünmüşdü, sısqa, zəif idi, beli bükülmüşdü, gözlərinin üstünə yaşıl günlük taxmışdı, o, arxadan iki zəngin geyinmiş lakeyin itələyib sürdüyü kiçik arabada əyləşmişdi. Mənim gəldiyimi bildikdə sanki qəbirdən çıxan boğuq bir səslə dedi:
Ardı →