Xınalıq

Xınalıq kəndi Quba rayonu ərazisində yerləşir. Rayon mərkəzindən təxminən 60 kilometr uzaqda, dəniz səviyyəsindən 2100-2300 metr yüksəklikdə yerləşir. Son illərədək bu kəndə gedən yol o qədər də rahat deyildi. Buna görə də bu yurda gedib-gəlmək o qədər də asan olmurdu. Əlbəttə yol problemi vardı. Amma onu da deyək ki, bu yurdun rayon mərkəzindən uzaq olması, bu yerlərə gəliş-gedişin az olması Xınalığın öz orijinallığını, milli ənənələrini qoruyub saxlamasına müsbət təsir etmişdir. Xınalığa ilk avtomobil yolu 1968-1969-cu illərdə çəkilıb. 2006-ci il oktyabrin 7-də isə müasir Quba-İspik-Xınalıq avtomobil yolunun açlışı olmuşdur. İndi həmin yolla avtomobillər rahat gedib-gələ bilir.

Azərbaycan Prezidenti İlham Əliyev: “İndi Qubadan Xınalığa gəlmək adama ləzzət verir: gözəl mənzərə, gözəl dağlar, çaylar, bulaqlar, şəlalələr. Mən indi gələrkən bir neçə yerdə maşını saxlayaraq düşür, bu mənzərəyə tamaşa edirdim. Adam özünü çox yaxşi hiss edir. Mən bu gün özümü xüsusilə çox yaxşı hiss edirəm. Çünki mənim göstərişimlə bu yol çəkildi və bütün Xınalıq camaatına sevinc gətirdi”.
Davamı →

Xınalıq

Xınalıq adı 50-60-cı illərdən sonra işlənməyə başlanmışdır. Orta əsrlərdə və ondan da qədim zamanlarda və hətta indii Xınalıq kəndi və camaatı çox vaxt özlərinə Kətş xalqı da deyir. Kədid- kəttidur. Kətiş və kətç sözünün açıqlaması və mənası- müqəddəs deməkdir. Qədim yunan alimi Strabon özünün 17 cildlik Coğrafiya əsərində  qeyd edir ki, Qafqaz Albaniyasında 26 alban tayfası yaşayır və həmin tayfaların hərəsi öz dilində danışır. Xınalıqlılar etnik qruppu Qafqazda minilliklərlə yaşamış, öz dilini, adət-ənənələrini itirməmiş, bu günümüzə qədər saxlamışdır. Xınalıqda 12-ci əsldə Əbu Müslim tərəfindən İslam dini təbliğ olunmağa başlamışdır. Bu gün fəaliyyət göstərən cümə məscidi də həmin dövrlərə aid edilir. Ona görə də camaat bu məscidi Əbu Müslim məscidi adlandırır. Məscidin girişində sağ tərəfdə  metr yüksəklikdə yerləşən iki müxtəlif daş üzərində runa yazıları həkk olunmuşdur.


Ardı →

Xınalıq-dağların tacı

Azərbaycanın qədim və gözəl guşələrindən biri olan Quba bölgəsində, Şahdağ, Tufan, Babadağ, Qiblə dağları kimi yüksək dağ zirvələri arasında əsrarəngiz bir məkan qərar tutub. Gözəl təbiət mənzərələri ilə dolu bu məkan tarixin və təbiətin yaratdığı özünəməxsus muzeyi xatırladır. Təxmin etdiyiniz kimi, söhbət Xınalıq kəndindən gedir.
Bu qədim məkana yaxınlaşarkən diqqəti ilk əvvəl gözəl təbiət mənzərələri, pilləvari və yarusvari tikililərin sərt əzəməti cəlb edir. Dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən və çoxlu memarlıq abidəsinin olduğu bu kəndin nadir dili və tarixi var. İl boyu qar və buzlaqlarla örtülü olan möhtəşəm Böyük Qafqaz dağlarının əhatəsində yerləşən Xınalığın bənzərsiz landşaftı, təbiətlə səsləşən mənzərəsi bura səfər edən hər kəsi heyrətləndirir.
Ardı →