Tarixdə maraqlı sui-qəsdlər

Sui-qəsdlərin tarixi də insanlıq tarixinin yaşı ilə ölçülür. İlk sui-qəsdi həyata keçirən isə qardaşını öldürən Qabildir. “Brut sən də?” ifadəsi ilə tanıdığımız Roma imperatoru Yuli Sezar da sui-qəsdin qurban olub. Tarixdə bu cür sui-qəsdlərin sayı onlarladır. Onların bəziləri isə tarixin gedişatını da dəyişdirə biliblər. Türkiyənin “Bu gün” qəzeti bu cür bir neçə sui-qəsd haqqında məlumat verib. Maraqlıdır ki, qəzet 2007-ci ildə Türkiyədə öldürülüən erməni əsilli jurnalist Hrant Dinki də bu sıraya aid edib.


Ardı →

Yuli Sezar

Qədim Roma deyən kimi o dəqiqə Yuli Sezar(e.ə.100-44) yada düşür. Ona görə yox ki, Romada ondan başqa heç kim tarixdə iz qoymayıb. Yox. Qədim Roma dövləti cəmi bir şəhərdən ibarət olub və bu şəhər əsrlər boyunca Avrasiyanın əksər ölkələrinə hökmranlıq edib.
Yuli Sezar Makedoniyalı İsgəndərdən sonra dünyanın ikinci zəka və hərb möcüzəsi sayılır. Təkcə qılıncı və qələbələrinə görə yox, ağlına, idrakına görə də onun tayı-bərabəri olmayıb. Təsadüfi deyildir ki, bütün səfər və yürüşlərində onun ayrılmaz «yoldaşlarından» biri də İsgəndərin kiçik mərmər büstü imiş…


Ardı →

Sezar - onu necə öldürdülər?

Sezar çox xəyanətlərin şahidi olmuşdu. Ancaq o, belə bir xəyanəti heç vaxt gözləmirdi. Onun üzərinə düşmənləri deyil, yaxın bildiyi dostları gəlirdi. Xəncərlər sıyrılaraq havaya qalxmışdı və o, artıq hiss edirdi ki, ölümdən qaça bilməyəcək. Qorxudan rəngi sapsarı olmuşdu, hayqırmaq istəyirdi, ancaq ağzını aça bilmirdi. Sanki hansısa bir əl onun ağzını möhkəm-möhkəm bağlamışdı. Əslində qorxudan onun dili tutulmuşdu. Əllərini uzadaraq köksünə endirilən xəncər zərbələrinə mane olmaq istəyirdi. Gözləri isə onu öldürənlərdən amaıı diləyir, yalvarır, yalvarır, yalvarırdı. Bəlkə də başqası olsaydı, Sezarın bu dilsiz yalvarışlarının qarşısıııda tab gətirə bilməz, əlləri boşalardı. Ancaq Sezarı öldürməyə gələnlərin gözlərini qan tutmuşdu. Onlar yalnız qarşılarındakını didib-parçalamaqdan başqa bir şey düşünmürdülər… Sui-qəsdçilərin amansızcasına məhv etmək istədikləri adam bir vaxtlar dağılmaqda olan Romanın fəxri sayılırdı.


Ardı →