Niyə dəri antioksidanlara ehtiyac duyur?

Oksigen Yerdəki demək olar ki, bütün canlı orqanizmlər üçün vacib elementdir. Buna görə molekulların hüceyrələrimiz üçün təhlükəli ola biləcəyini təsəvvür etmək çətindir. Lakin aktiv oksigen göründüyü kimi həqiqətən zərərsizdir.
Vücudumuza daxil olan oksigenin  təxminən 2% -i aktiv formaya çevrilib, azad radikallara çevrilir. Bunlar bir və ya daha çox elektrona malik olmayan «qüsurlu» molekullardır. Radikal bu itkin elektronları digər molekullardan alır və onlar artıq bədəndəki rolunu yerinə yetirə bilməzlər və öz növbəsində azad radikallar olurlar. Bir zəncir reaksiyası başlamış, daha çox molekulun içində olduğu yerdir.                
 

Davamı →

Müasir Məcunlar

Bugünkü gündə fərqli təsirə malik bitkilərdən və bitki qarışıqlarından ibarət məcunlara maraq daha çoxdur. Bitkiləri ayrı-ayrılıqda dəmləməyə vaxtı olmayanlar və rahat şəkildə fitoterapiyadan yararlanmaq istəyənlər bitki tərkibli təbii məcunları yemək şəklində istifadə edirlər.  Bir sıra xəstəliklərdə praktikamda da tətbiq etdiyim  məcunlarla sizi tanış edəcəm.

Boy-inkişafı artırmaq üçün məcun:

Bal – 1 kq,  Çiçək tozu – 100 q, Arı südü – 20 q, keçibuynuzu meyvəsi tozu – 200 q və Şirin biyan kökü – 100 q. Bir-birinə qarışdırlır və 2 gün qaldıqdan sonra istifadə etməyə başlamaq olar.

Bu təbii məcunun tərkibi sink, kalsium və mis kimi elementlərlə zəngindir və bu maddələr  boy uzanması üçün olduqca lazımlı mikroelementlərdi. Boy üçün lazım olan vitamin və mineralları cəmləyən bitki mənşəli boy və inkişaf məcunu yaşa uyğun boyun korreksiyasını həyata keçirir.

10 yaşa qədər 1 çay qaşığı 3 dəfə yeməkdən sonra.

10 yaşdan sonra 1 xörək qaşığı 3 dəfə yeməkdən sonra.

Qızlarda 15 yaşa, oğlanlarda isə 18 yaşa qədər təyin edilir. Orqanizmdə boyatma imkanının olması rentgenoloji təsdiq olunan hallarda təbii məcun qızlarda 18 yaşa, oğlanlarda isə 20 yaşa qədər təyin edilə bilər.

 


Ardı →

Antioksidantlar

Antioksidant orqanizmdə sərbəst radikalları məhv edən kimyəvi maddələrdir. Bədənimiz özünə lazım olduqca antioksidant maddələri ifraz edir. Buna görə də bu molekulların daimi orqanizmdə lazımi miqdarda olması üçün antioksidanlı çay, meyvə və tərəvəzdən istifadə edilməlidir.
Orqanizmin normal metabolik fəaliyyəti zamanı meydana gələn və hüceyrələrə hücum edərək strukturlarını pozan molekullar olan sərbəst radikallar ciddi xəstəliklərə səbəb olurlar. Antioksidantar isə zədələnən hüceyrələri qoruyan maddələrdir. Yaş artdıqca orqanizm daha çox sərbəst radikala məruz qalır və daha çox sərbəst radikal ifraz edir. Bununla bərabər, orqanizmin təbii antioksidan istehsalı yaşın artmasıyla  azalır. Antioksidant maddələr lazımlı miqdarda qəbul edilmədikdə xərçəng, ürək xəstəlikləri, damarların kirəclənməsi, yüksək təzyiq kimi xəstəliklərə tutulma  ehtimalı artır.
Ardı →